loading...

İşsizlərə şad xəbər

04-09-2017 Baxış sayı :1 232
İşsizlərə şad xəbərSOCAR-ın "Azərikimya” İstehsalat Birliyinin Etilen-Politilen zavodu Geodeziya işləri üzrə mühəndis vakaniyası elan edib.
Vakansiyaya iddia edən şəxsin minimum bakalavr təhsili olmali,bu sahə üzrə 2 ildən yuxarı əmək fəaliyyəti olmalıdır.

Vəzifə(peşə) funksiyaları:

Tikinti işlərinin naturaya köçürülməsini, bina, kanal və yolların tikintisi üçün nəzərdə tutulmuş torpaq sahələrinin döngələrinin formalaşdırılmasının qrafik materiallarının hazırlanmasını təmin edən geodeziya işlərini yerinə yetirmək;

• Ərazilərin planlarının, torpaqların xəritələrinin tərtib edilməsi ilə əlaqədar alət çəkilişlərini yerinə yetirmək və hesablamalar aparmaq;

• Kompüter texnikasının köməyi ilə geodeziya ölçmələrinin nəticələrinin riyazi işlənməsini yerinə yetirmək;

• Xüsusi təyinatlı geodeziya işlərini layihələndirmək və həyata keçirmək;

• Tikinti–quraşdırma işləri zamanı qurğuların və konstruksiyaların yerdəyişməsi və deformasiyasına nəzarəti həyata keçirmək;

• Mövcud struktura daxil olan avtomobil yollarının, dəmir yollarının, kran yollarının, rigellərin, balkaların, kalonların, mexanizmlərin (nasosların, kompressorların, elektrik mühərriklərinin və s.) montajında, yoxlanmasında qüsur aktlarının tərtib olunmasında iştirak etmək;

• Geodeziya işlərinin yerinə yetirilməsinin yeni metodlarını işləmək və tətbiq etmək;

• Layihələndirmə texnologiyalarını və xəritələri hazırlamaq və onlardan istifadə metodlarını işləmək;

• Tikinti və istismar prosesində sənaye, hidrotexniki qurğuların geodeziya nəzarətini həyata keçirmək;

• Geodeziya metodlarının tətbiqi üzrə məsləhətlər vermək;

• Fəaliyyət prosesində başqa mütəxəssislərlə qarşılıqlı əlaqələr və məsləhətləşmələr aparmaq;

• Sahəyə dair elmi sənədləri və hesabatları hazırlamaq;

• Vəzifəsinə yaxın öhdəlikləri yerinə yetirmək;

• Müəyyən edilmiş forma və göstəricilər üzrə hesabatları vaxtında təqdim etmək.

Bilməlidir:

Fəaliyyət sahəsinə aid Azərbaycan Respublikasının qüvvədə olan qanunlarını və normativ aktlarını;

• Çöl və kameral topoqrafiya-geodeziya işlərinin aparılmasına aid normativ və başqa rəhbər materialları; standartları, alət və cihazların istismarını, yoxlanmasını, onların yustirə olunmalarını (tənzimlənməsini), saxlanmasını, məhsul istehsalının texnologiyasını;

• Ölçü cihazlarının texniki xarakteristikasını, konstruksiyasının xüsusiyyətini, onların iş prinsipini və onların mahiyyətini, təmirin texnologiyasını;

• Geodeziya işlərin aparılması sahəsində və istehsalın təminatı sahəsində ölkə və xarici ölkələrin qabaqcıl təcrübələrini;

• Layihələrin tərtibatını, yeni ölçmə cihazlarının iqtisadi səmərəliliyini təyin etmə üsullarını;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydalarını.

Tələb olunan kompüter bilik səviyyəsi - Internet - yaxşı; Word - yaxşı; Excell - yaxşı;

Tələb olunan xarici dil bilik səviyyəsi Rus - yaxşı;

Vəzifə maaşının məbləği- 680 AZN - 840 AZN

Əlavə ödənişlər - Qanunvericilikdə nəzərdə tutulan hallarda və SOCAR-ın normativ hüquqi aktlarına əsasən əmək şəraiti və vəzifə xüsusiyyətləri nəzərə alınaraq zərərli iş şəraitinə görə əlavə ödənişlər ödənilə bilər.

İş yerinin ünvanı- Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1.

Son müraciət tarixi - 06.09.2017

Daha ətraflı bu linkə daxil olun:

https://careers.socar.az/VacView?Vid=13600