loading...

“Əl-Qaidə” Pakistanda yenidən dirçəlir

30-08-2017 Baxış sayı :71

 “Əl-Qaidə” Pakistanda yenidən dirçəlir

 

 

Fərhan Zahid

Middle East İnstitute (ABŞ)

 

İŞİD döyüşçülərinin Suriya və İraqdan Pakistanda qayıtması ilə "əl-Qaidə” bu ölkədə dirçəlir. 2017-ci ilin iyunundan etibarən yeni terror qrupu olan "Camaat-ül-Ənsar əş-Şəriət Pakistan” üzə çıxıb və bütünlüklə Yaxın Şərqdən geri dönənlərdən ibarətdir.

Bu günə qədər "Ənsar əş-Şəriət” xadimləri, o cümlədən dördü Kəraçi və biri Bəlucistan əyalətində olmaqla, beş terror hücumu törətdiyini iddia edir. İyunun 22-də Kəraçidəki hücumdan sonra tapılan kitabça isə bu qrupun Pakistanda "əl-Qaidə”ni diriltmək niyyətini aşkarlayıb.

Az tanınan "cihadçı” Əhməd Faruqun rəhbərlik etdiyi yeni təşkilat "əl-Qaidə” ilə bağlı köhnə platformanı yeniləmək və onun bayraq altında terror fəaliyyətini bərpa etmək üçün səy göstərən "islamçı” terror qruplarının aqlomerasiyasıdır.

Əfqanıstan müharibəsində əməkdaşlıq nəticəsində "əl-Qaidə” Pakistandakı "islamçı” ekstremistlər ilə sıx əlaqə qurub. Lakin İlyas Kəşmiri, Adəm Qəhdam, Attiya Əbdül Rəhman və digər başlıca strateqlərə qarşı Mərkəzi Kəşfiyyat İdarəsinin Pakistanın dağlıq ərazilərində həyata keçirdiyi dron zərbələri kampaniyası ucbatından terror qrupu ciddi çətinliklərlə üzləşib. Bundan əlavə, 2013-cü ilin dekabrında Əmir Həkimullah Məsudun ölümündən sonra "əl-Qaidə” və müttəfiqləri arasında hərbi rəqabət də zəifləyib.

Lakin Suriya və İraqdakı müharibələrdən dönənlər "əl-Qaidə”nin aqibətini dəyişə bilər. İŞİD-i tərk edənlər indi Pakistanda "əl-Qaidə”yə qoşulur və Pəncab əyalətindəki "Ləşkari-Canqvi”nin sıralarını genişləndirirlər.

Təkrarlanan hərbi əməliyyatlara, "əl-Qaidə” və Pakistandakı əlaqəli qruplara qarşı dron zərbələri və sərt qanun cəzalandırmalarına baxmayaraq, "əl-Qaidə” bəzi yüksək mənsəbli komandirləri – əsas liderləri xilas edə bilib. Məsələn, təsdiqlənməmiş məlumatlara görə, Seyf əl-Ədl bir müddət İran ərazisində olub, ancaq onun bugünkü yeri qeyri-müəyyəndir. "Əl-Qaidə” əmiri Ayman Zəvahiri kimi, onun haradasa Pakistanda olduğu və səhra komandirləri ilə ünsiyyət saxladığı güman edilir.

Zəvahiri İŞİD fəallarının əksəriyyətini "Xorasan”a cəlb edə bilib. Onun lap əvvəldən aydın strategiyası vardı və İŞİD dünya mətbuatının gündəmini tutduğu dövrdə – 2014-16-cı illərdə heç bir bəyanat verməyib. Zəvahiri, bəlkə də, İŞİD fenomeninin uzun sürməyəcəyini düşünürdü. Bununla yanaşı, o, təşkilatını suyun üzündə saxlamağa çalışıb.

"Əl-Qaidə” hələ də ən azı Pakistan ərazisində liderlik etməyə və təşkilatı canlanmağa qadir olan bəzi təcrübəli "cihadçı”lara malikdir.

Zəvahiri qarşılıq gözlədiyindən, "Əl-Qaidə”nin "Nəva-e-Əfqani Cihad” jurnalına müsahibə verib və İŞİD-ə qoşulmaq istəyənlərə qucaq açmaq istədiyini bəyan edib. Həmçinin "Taliban”ın rəhbərliyini "bağrına basıb”.

ABŞ və Əfqanıstan qüvvələrinin birgə əməliyyatları nəticəsində "Xorasan”ın Əfqanıstanda möhkəmlənə bilməməsi və "Taliban”la olan kəskin qarşıdurmalardan sonra "Əl-Qaidə” üçün Pakistana keçmək daha münasib olub.

Yəqin ki, "əl-Qaidə” köhnə maddəni yeni paketə bükməyə çalışır. Əlbəttə, İŞİD-in zirvədən düşdüyü dövrdə və beləliklə də heç bir əhəmiyyətli terror icra etmədiyi bir vaxtda yaradılan yenilənmiş "Əl-Qaidə” – "Cammatül-Ənsar” onun Pakistanda özünü yenidən canlandırma cəhdidir.

"Ənsar əl-Şəriət” daha aktiv görünür, yüksək səviyyədə təlim keçmiş və təcrübəli kadrlara malikdir. İki il əvvəl Pakistanda "Əl-Qaidə”nin perspektivləri zəif göründü, ancaq təşkilat çətin bir şəkildə dirilməyə çalışırdı.

"Əl-Qaidə” Pakistanda Əfqanıstan müharibəsindən sonra (1979-89) yaranıb və Pakistanda fəaliyyət göstərən xarici "cihadçı” qruplarla sıx bağlılığı var. O, Pakistanın "cihad mənzərəsi”nə sığışa bilib.

İŞİD-in yüksəlişi çoxlarını "əl-Qaidə”dən uzaqlaşdırıb, amma İŞİD indi iflasın astanasındadır, "əl-Qaidə” isə Pakistanda özünü təsdiqləməyə çalışır.

 

Tərcümə: Strateq.az