loading...

Qız qaçıranlar kanala düşdü

04-09-2017 Baxış sayı :357

Samuxda avtomobil su kanalına düşüb.

Hadisə ötən gün axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər "VAZ-2107" markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.