www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Əhməd Əhmədzadənin yarıtmazlığına son qoyulur: “Meliorasiya və Su Təsərrüfatı” ləğv edilir
Generalın maaş kartı girov qoyulub
Generalın maaş kartı girov qoyulub
Göygölün
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR+Fotolar
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
İcra başçısının saysız-hesabsız obyektləri: Qayınanasının adına subsidiya… – VİDEO
Xəbərlər>Bölgə / Video
7-11-2019, 15:07

Dövlət Bayrağı Günü münasibəti ilə Ağdamda “Bayraq yürüşü” keçirilib

Dövlət Bayrağı Günü münasibəti ilə Ağdamda “Bayraq yürüşü” keçirilib
Noyabrın 7-də Təhsil və Müdafiə nazirlikləri Ağdam rayonunun Quzanlı qəsəbəsində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü” keçirib.

Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. Nazir müavini Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən "Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.
Firudin Qurbanov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına toxunub. Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal edilmiş ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov cəbhə bölgəsində belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyib.

Çıxış edən millət vəkili Aydın Mirzəzadə öz növbəsində qeyd edib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır.
"N” saylı hərbi hissənin komandir müavini, polkovnik-leytenant Babək Səmidli də çıxışında Azərbaycan silahlı qüvvələrinin üçrəngli bayrağımızı Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduqlarını bildirib.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. 

Yürüşdən sonra Təhsil nazirinin müavini Firudin Qurbanov Ağdam Musiqi kollecinin kollektivi ilə görüşüb, müəllim və tələbə heyəti ilə söhbət aparıb.

Sonra "N” saylı hərbi hissədə əsgərlərlə birgə nahar edilib.
Reportyor.tv

Dövlət Bayrağı Günü münasibəti ilə Ağdamda

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR