www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
Xəbərlər>Bölgə / Gündəm
8-01-2020, 00:34

Füzuli İcra Hakimiyyətinin müəmmalı tenderləri - Göstəriciləri niyə gizlədiblər?

Füzuli  İcra Hakimiyyətinin müəmmalı tenderləri - Göstəriciləri niyə gizlədiblər?
Azərbaycanda tenderlərin və dövlət satınalmalarının ən çox korrupsiyalaşmış sahələrdən biri olaraq qaldığı heç kimə sirr deyil.

"AzPolitika.info” xəbər verir ki, dəfələrlə bu məsələni gündəmə gətirərək, dövlət vəsaitlərinin külli miqdarda mənimsənilməsinə ciddi şübhələr yaradan faktları ictimaiyyətə təqdim edib.

Hazırda elə şirkətlər var ki, bir ayda 40-50 tender qazandığı, milyonlarla dövlət vəsaiti cəlb etdiyi halda, nə yeri bilinir, nə də yurdu. Yaxud, elə dövlət qurumları var ki, onların keçirdikləri tenderləri ardıcıl olaraq eyni şirkətlər qazanır.

Həmçinin, bəzi tenderlərdə, dövlət satınalmalarında elə fantastik qiymətlərə rast gəlmək olur ki, burada şişirtməyə, mənimsəməyə yol verildiyini görmək üçün heç mütəxəssis olmağa da ehtiyac qalmır.

Bu mövzu ilə bağlı iqtisadçı-ekspert Rövşən Ağayev də maraqlı status paylaşıb. İqtisadçı tenderlərlə bağlı elektron satınalmalar təşkil edilməsinə baxmayaraq, dövlət qurumlarının şəffaf mexanizmlərdən yayındığını bildirir.

Konkret olaraq, Füzuli rayon icra hakimiyyətinin dövlət satınalmalarını misal gətirən iqtisadçı bu qurumların "Dövlət satınalmaları haqqında" Qanunun tələblərini pozduqlarını qeyd edir. Onun paylaşımını olduğu kimi təqdim edirik:

"Büdcə korrupsiyasının çiçəklənməsinin əsas səbəblərindən biri də dövlət satınalmalarında şəffaflığın olmamasıdır. Son illər dünyada elektron satınalmalar, bəzi ölkələrdə hətta internet üzərindən onlayn translasiya olunan tender və hərraclar bu sahədə şəffaflığın əsas mexanizmlərindən birinə çevrlib.

Axır 3-4 ildə Azərbaycan hökuməti də elektron satınalmaların təşkililə bağlı qanunvericiliyə dəyişiklik edib, etender.gov.az saytı yaradılıb və s.

Amma önəmli olan mexanizmin nə dərəcədə effektiv işləməsi, formallıq xatirinə deyil, gerçək çalışmasıdır. Cəmi bircə nümunə deyim, özünüz nəticə çıxarın.

"Dövlət satınalmaları haqqında" Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını yuxarıda qeyd elədiyim elektron satınalma portalında yerləşdirməlidirlər - yəni bu, məcburi bir öhdəlikdir. Xeyli sayda təşkilat yerləşdirməyinə yerləşdirir, amma qanunun tələbini pozmaqla. Belə ki 2 və, 4-1-ci maddəyə görə, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır.

Saytda yerləşdirilən xeyli sayda planda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölçüsü barədə hər hansı nümunə yoxdur.

Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: "uşaq bağcaları körpələr evi üzrə digər xərclər". Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.
 
Qanunun nəzərdə tutduğu tələblərə və informasiya açıqlığına uyğun olmayan belə satınalma planlarının internet vasitəsilə açıqlanması nəyi dəyişir ki? Ən azından şəffaflığı artırmır. Çünki minimum şəffaflıq tələb və standartlarına belə cavab vermir.”
 
Reportyor.tv
скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Hacıqabulda şok əməliyyat:
Hacıqabulda şok əməliyyat: "Qoca"nın qardaşı həbs edildi - Foto
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
60-ın “Sonuncu FƏSİL”İ...
60-ın “Sonuncu FƏSİL”İ...
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb