www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Cemiyyət
14-01-2020, 11:39

Özünə qapanan adamlar təhlükəlidirmi - ekspertlərdən açıqlama

Özünə qapanan adamlar təhlükəlidirmi - ekspertlərdən açıqlama

Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinərək həbs edilən, cinayəti etiraf etdiyi söylənən İlkin Süleymanov psixoloji problemləri olan, özünəqapalı biri kimi xarakterizə edilir. Ali savadlı olduğu deyilən İ.Süleymanovun 10 ildir ki, öz hücrəsinə çəkilərək yaşadığı, heç kəslə işi olmadığı bildirilir.

Lakin belə dəhşətli cinayəti törətdiyini etiraf etmiş İlkinin özünə qapanarkən beyninin içində hansı proseslər cərəyan etdiyini söyləmək çətindir.

Qapalı insanlardan çox vaxt başqaları ehtiyat edir və "suyun lal axanı, adamın yerə baxanı” deyimi ilə özlərinə bəraət qazandırırlar.

Qapalı insanlar ünsiyyət zamanı belə özləri haqqında heç bir məlumat vermir, sirlərini bölüşmür, şəxsi həyatı barədə susurlar. Onların nə fikirləşdiyi və nə edəcəyi həmişə gizli qalır.

Qapalı insanlar adətən heç kimi özlərinə yaxın buraxmırlar. Dostluq əlaqələrində belə aralarında müəyyən keçilməyən sədd saxlayırlar.

Şəxsi həyatları barədə danışmağı sevmədikləri üçün bu haqda onlara sual verdikdə cavab verməmək üçün müxtəlif bəhanələr uydururlar. Yaxınlarına belə öz sirlərini danışmır və bölüşmürlər.

Azad İsazadə: ile ilgili görsel sonucu

Azad İsazadə: "Mülayim, utancaq, sakit adamlar arasında manyaklara rast gəlinir”

Psixoloq Azad İsazadənin "Yeni Müsavat”a bildirdiyinə görə, özünəqapalılıq bir simptomdur. Onun fikrincə, bu xarakterə bir neçə xəstəlik vaxtı rast gəlinir:

"Bu cür adamların təhlükəli və təhlükəsiz davranışları ola bilər. Biz qapalı adamları birmənalı olaraq təhlükəli şəxs kimi qiymətləndirə bilmərik.

İlk növbədə ekspertiza keçirilir. Sonra məhkəmə sual qoyur ki, həmin şəxsin  anlaqlı, yoxsa anlaqsız olduğunu aydınlaşdırsın.

Əgər anlaqsız biridirsə, müalicə edirlər və təhlükəsiz vəziyyətə salıb evə buraxırlar. Lakin biz qapalı olmayan, aqressiv davranışları ilə seçilən təhlükəli adamlar da görə bilərik".

A.İsazadə özünə qapanmağın depressiya nəticəsində yarandığını açıqladı: "Yeniyetməlik dövründə özündən utanır, komplekslər əmələ gəlir.

Amma Nərminin işi haqda danışırıqsa, biz deyə bilmərik ki, özünə qapalı adam bu cür amansız cinayət törədə bilər. Onun yalnız şəklini görmüşük, kənd camaatı mülayim adam kimi xarakterizə edir.

Üstəlik, biz manyaklıq halları ilə az rastlaşırıq. Beynəlxalq təcrübədə isə gündəlik davranışda mülayim, utancaq, sakit adamlar arasında manyaklara rast gəlinir".

 Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Fərqanə Mehmanqızı: "Özünə qapalılıq intihara və ya qətlə gətirə bilər”

Psixoloq Fərqanə Mehmanqızı isə bildirdi ki, özünəqapanma xroniki depressiyanın nəticəsidir. Onun sözlərinə görə, bu, sonradan intihara və ya qətlə gətirə bilər:

"Amma həmin şəxsin əməlində ağır cinayət var və manyaklıq elementləri görünür. Bunun üçün ekspertiza psixodiaqnostika aparmalıdır”.

Qeyd edək ki, Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Axar.az-a İlkin Süleymanovun Nərmini guya oxutmaq məqsədi ilə qaçırdığını istintaqa deyib: "Özü ifadəsində deyib ki, Nərmini oxutmaq üçün qaçırıb. 4 gün yemək verib. Sonra sözünə baxmadığı üçün başına daşla vurub. Nərminin qətlində əli olan digər şəxslər barədə hələlik araşdırma aparılır”.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR