loading...

Daha bir general işdən çıxarıldı - Azərbaycanda

13-09-2017 Baxış sayı :3 705
Daha bir general işdən çıxarıldı - Azərbaycandaİstefada olan general-mayor Dadaş RzayevAzərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunub.

Reportyor.tv xəbər verir ki, təşkilatdan BakuPost.az-a verilən məlumata görə, bu barədə təşkilatın Rəyasət Heyətinin dünən keçirilən iclasında qərar qəbul edilib. Bildirilib ki, onun vəzifəsindən azad edilməsinə səbəb səhhətində yaranmış problemdir: "Təşkilatın ümumi fəaliyyətinin gücləndirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən qurumun sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif edilib.

Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul olunub”.