loading...

“Liverpul”dan rekord transfer

29-08-2017 Baxış sayı :73
“Liverpul”dan rekord transfer
 

"Liverpul” növbəti transferini həyata keçirib.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, İngiltərə təmsilçisi "Leyptsiq”in yarımmüdafiəçisi Nabi Keytanı heyətinə cəlb edib. Tərəflər arasında razılığa əsasən, 22 yaşlı oyunçu 2018-ci ilin iyulundan "Liverpul”da oynayacaq. O, mövsümün sonuna kimi Almaniya klubunda çıxış edəcək. N.Keyta İngiltərə təmsilçisində əfsanəvi kapitan Stiven Cerrardın geyindiyi 8 nömrəli forma geyinəcək.

Britaniy mətbuatı bu transfer üçün "Liverpul”un ən azı 75 milyon avro ödəyəcəyini yazıb. Bu isə klub tarixinin ən bahalı transferi deməkdir.