www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
29-11-2019, 23:19

Qadın boksçu sevgilisini nokauta saldı və öldü

Qadın boksçu sevgilisini nokauta saldı və öldü

Rusiyanın Orenburq şəhərində polis şöbəsində ölən 28 yaşlı qız peşəkar boksçu olub.

Reportyor.tv oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Moskovsky Komsomolets" qəzeti istintaq orqanlarındakı mənbəyə istinadla məlumat verib.

 

Onun sözlərinə görə, idmançı qız sevgilisini döydüyü üçün polis idarəsinə aparılıb. Belə ki, mübahisə əsnasında oğlan nokauta düşdükdən sonra xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları ailə münaqişəsi ilə bağlı çağırışa gəldikdən sonra qızı tutublar.

Qızla əlaqədar "sağlamlığa yüngül zərər vurma" maddəsi ilə cinayət yoxlaması başlanır. Lakin polis şöbəsində onun halı pisləşir, çağırılan təcili yardım onu xilas edə bilmir.

Münaqişə zamanı cütlüyün sərxoş olduqları bildirilir.

İstintaq Komitəsinin regional idarəsi, polisdə məhbusun ölümü ilə bağlı məlumatı təsdiqləyib. Hadisə ilə bağlı yoxlamalar aparılır.

Şöbə, qızın ölümünün qeyri-cinayət xarakteri daşıdığını bildirib. Bununla belə, ölümün dəqiq səbəbi daha sonra müəyyənləşdiriləcək.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR