loading...

Boksçu qaydasız döyüşçünü əzdi

27-08-2017 Baxış sayı :231

 Boksçu qaydasız döyüşçünü əzdi

ABŞ-ın Las-Veqas şəhərində amerikalı kiçik Floyd Meyvezer karyerasının son döyüşünə çıxıb.

5 çəki dərəcəsində dünya çempionu olmuş 40 yaşlı boksçu irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

Bu görüş peşəkar rinqdə debüt döyüşünə çıxan MMA döyüşçüsü və UFC çempionu, 29 yaşlı Makqreqor üçün uğurlu alınmayıb.

Döyüş başdan sona qədər Meyvezerin üstünlüyü ilə keçib. O, 10-cu raundda rəqibinə arıdıcıl zərbələr endirən zaman hakim görüşü dayandırıb və texniki nokautla qalib gəlib.

 

Karyerasında 50-ci qələbəsini qazanan Floyd Meyvezer, döyüşdən sonra karyerasını bitirdiyini açıqlayıb.