loading...

Rusiyada əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza artırılır

30-08-2017 Baxış sayı :163

Rusiyada əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza artırılırRusiya Daxili İşlər Nazirliyi İnzibati Xətalar Məcəlləsinə əcnəbi vətəndaşların qanunsuz işə götürülməsinə görə cəza ilə bağlı düzəlişlər haqqında qanun layihəsi hazırlayıb. Qanun layihəsində əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, eləcə də işəgötürənlərin əmək və ya mülki-hüquqi müqavilə olmadan əmək fəaliyyətinə görə məsuliyyətinin artırılması təklif olunur.

Yeni qanun layihəsi təsdiq edilərsə, müvafiq müqavilə olmadan əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 2 mindən 5 min rubladək cərimə oluna və Rusiya ərazisindən çıxarıla bilər. İşəgötürənləri isə 25 mindən 50 min rubladək cərimə, hüquqi şəxsləri 200 mindən 800 min rubladək cərimə, yaxud müəssisənin fəaliyyətinin 14-90 gün saxlanılması cəzası gözləyir.

Bundan əlavə, miqrasiya kartında Rusiyaya işləmək məqsədilə gəldiyi qeyd olunmayan əcnəbiləri də məsuliyyətə cəlb etmək planlaşdırılır. Bu halda, Rusiya qanunvericiliyinə və beynəlxalq müqavilələrə uyğun olaraq Rusiya ərazisində əmək fəaliyyəti göstərən əcnəbilər istisna olunur. (Azərtac)