loading...

İraqda azərbaycanlı qadın və onun beş uşağı öldürüldü

03-09-2017 Baxış sayı :515

İraqda İŞİD və İraq ordusu arasındakı döyüşlərin gedişatında azərbaycanlı qadın və onun beş uşağı öldürülüb.

Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkələrdən birindəki səhifəsində həlak olmuş qadının bacısı İren Abdullayeva bildirib. Öldürülənlərin meyitləri dəfn olunmaları üçün Bakıya gətirilib. Almaniyada yaşayan İ.Abdullayeva ürək ağrısı ilə yazıb ki, insanlar adətən öz vətəninə yaxınlarını görmək üçün gedirlər, amma o, onları dəfn etmək üçün... 

Baş verən dəhşətli hadisəyə görə, o, radikal islamçıları ittiham edib. Həlak olmuş qadın və onun uşaqları üç il imiş ki, İraqda yaşayırlarmış. Və nəticədə belə faciəli son.

Qeyd edək ki, bu, azərbaycanlı qadınların İraqda və Suriyada öz uşaqları ilə birlikdə həlak olduqları ilk hadisə deyil. Məsələn, bir neçə ay əvvəl məlumat yayıləb ki, Suriyada İŞİD döyüşçülərinin hücumu zamanı azərbaycanlı qadın və onun iki uşağı öldürülüb.