loading...

Buddistlər niyə müsəlmanlara hücum edirlər? — ARAŞDIRMA

04-09-2017 Baxış sayı :202

 

 Buddistlər niyə müsəlmanlara hücum edirlər? — ARAŞDIRMA

 

 

 

Son günlər Arakanda buddistlər tərəfindən minlərlə müsəlman qətlə yetirilib.



 

Bütün dünya bu qətlə etiraz etsə də, hələ ki, ciddi addım atan ölkə yoxdur. Bəs görəsən buddistlərin müsəlmanlara qarşı nifrətinin səbəbi nədir? "Ölkə.Az" bu gün oxucularına bu barədə məlumat verəcək.

Budda təliminə görə ən əsas olan məsələ insan öldürməməkdir. Buddizm əxlaqının birini prinsiplərindən biri budur. Buddizmdə şiddətdən mümkün qədər qaçmaq tövsiyyə edilir. Bəs niyə görəsən Birma və Şir-Lankada buddist rahiblər müsəlmanlara qarşı zülm edirlər?
Məsələ mürəkkəbdir. Çünki hər iki ölkədə İslam dini bir təhdid halına çevrilməyib. Həm Birmada, həm də Şri-Lankada yaşayan müsəlmanların sayı azdır və sakit həyat tərzi sürürlər.

Şri-Lankada halal heyvan kəsmək hadisələri sürətləndirdi. Rahiblərin liderliyi altında Buddist Tuqay adlı qrup mitinqlər keçirdi. Birbaşa aksiyalar və müsəlman şirkətlərini boykot etməyə çağırış edildi. Müsəlmanların uşaq sayının çoxluğundan şikayət edildi. Şri-Lankadakı hadisələr vaxtı ölüm-itim olmadı.

Ancaq Birmada çox fərqli hadisələr baş verdi. 2013-cü ilin mart ayında ölkənin orta hissəsindəki Meiktilada müsəlmanları hədəfə götürən hücumlarda ən azı 40 nəfər həlak oldu. Hücumları təşkil edən isə Aşin Viratu adlı buddist rahib idi.

Aşin 2003-cü ildə də dini zəmində nifrət yaratmaq cinayətindən həbsə atılmışdı. Amma bu rahib özünə "Buddist bin Ladin" deyirdi.
Hadisələr təsadüfi deyil. Hər iki ölkədə problemin kökü iqtisadi əsaslara dayanır. Dini azlıqlar çoxluğun problemlərinin səbəbi kimi göstərilir.
Hücum əslində Budda təliminə ziddir. Əslində Buddizm xristianlığa nisbətən daha sülhsevər din deyil. Şri-Lankanın birləşməsi 500 buddist rahibə liderlik edən bir kralın buddist olmayan kralı məğlub edib tərəfdarlarını qətlə yetirməsi ilə baş tutub. Birma liderləri isə tarix boyu buddizm adına hər cür şiddəti qanuniləşdirdilər. Xalqın böyük bir hissəsi buddizmi millətin əsas ünsürlərindən biri kimi görməyə başladı. Birma və Şri-Lankanın ingilis imperiyasından qurtuluşunda da buddizm böyük rol oynadı.

Həm Birmada, həm Şri-Lankada buddist radikallar ilə iqtidar partiyası arasında yaxın münasibət var. Amma müsəlmanlara qarşı görüşlər xalqın bəzi təbəqələri arasında tərəfdar tapır. Hər iki ölkədə də bir çox buddist dinlərinin təhlükə altında olduğunu və millətlərin bərabərlik içində yaşaması lazım olduğunu düşünür.

Qloballaşmanın da buna ciddi bir təsiri var. Dünyanın bir çox ölkəsində terroru İslamla əlaqələndirirlər. Bu radikal qruplaşmaların əslində İslam dininə aidiyyatı olmasa da, onlar islam adı altında fəaliyyət göstərirlər. Buddistlər isə "əgər digər ginlər şiddətə baş vurursa, biz niyə etməyək"-deyə düşünürlər.