loading...

ABŞ ordusunun Avropada Rusiya qarşısında dayanacaq gücü yoxdur - Şok hesabat

05-09-2017 Baxış sayı :256

ABŞ ordusunun Avropada Rusiya qarşısında dayanacaq gücü yoxdur - Şok hesabat 

 

ABŞ ordusunun Avropadakı çevik reaksiya gücləri Rusiyanın hərbi təcavüzünə və onun yüksək texnologiyalı agentlərinə qarşı gəlmək üçün tam təchiz edilməyib və yetərli qədər təşkil olunmayıb”.

Bu cümlələr ABŞ-ın nüfuzlu politico.com saytının dərc etdiyi xidməti hesabatda yer alıb. "Bəziləri bu araşdırmanı "yuxudan ayılmaq üçün siqnal” olaraq qəbul edir”, - bununla bağlı yazı qələmə alan jurnalist Uesli Morqan qeyd edir.

Məqalədə NATO-nun Avropaya dislokasiya edilmiş birqadalarının vəziyyəti ələ alınıb. "İtaliyada yerləşən 173 saylı hava-desant briqadası son 15 ildir İraq və Əfqanıstan kimi bölgələrə ezam edilib. NATO-nun göz bəbəklərindən sayılan bu briqada hazırda öz misiyasını effektiv və çevik surətdə həll etmək üçün bir sıra imkanlardan məhrumdur”, müəllif birqadanın özü tərəfindən aparılan araşdırma ilə bağlı tərtib etdiyi sənədlə tanış olduqdan sonra belə bir qənaətə gəlib.

Məruzədə bu yaxınlarda Ukrayna hərbçiləri ilə təlimlər zamanı taktiki və texniki imkanlar baxımından geri qalınan nöqtələr sadalanıb: "Məsələn, birqadanın özünün hava hücumundan müdafiə (HHM) və radioelektron mübarizə (REM) hissələri yoxdur. Bütün rabitə və əlaqə istisnasız GPS sisteminə bağlanıb ki, bu da yalnız aviasiyası və yüksək texnoloji avadanlığa malik olmayan İraq, Əfqanıstan kimi ölkələrdə effekt verir”.

Məqalədə 173 saylı hava-desant biriqadanın cəmi 4 hərbi qulluqçudan ibarət olduğunu və bunun Rusiyanın hücumunu dəf etmək üçün olduqca cüzi hesab edildiyi vurğulanıb. Lakin məhz bu birqada NATO-nun xarici hüdudlarının qorunması yolunda əsas elementlərdən biri sayılır. Bundan başqa, əlavə yardım olaraq ABŞ-ın 2 tank briqadasını Almaniyadan çıxardıqdan sonra sözügedən hərbi hissənin əhəmiyyəti daha da artıb. Müəllifin fikrincə, hazırda briqadanın problemlərini həll etmək üçün bir sıra tədbirlərin görülməsinə ehtiyac yaranıb. Məruzədə Rusiyanın zirehli texnikası üçün asan hədəfə çevrilən köhnəlmiş zirehli "hammer”lərin ABŞ-ın "General Dynamics” şirkətindən almağı planladığı "Ground Mobility Vehicle” maşınları ilə əvəz edilməsi məsləhət görülür. Bundan başqa, bildirilir ki, briqadanın öndə xidmət edən kəşfiyyatçıların müdafiəsi üçün yüngül tankalara ehtiyacı var.

Yazıda ən böyük çatışmazlığın Rusiyanın siqnal pozan stansiyaları və digər REM vasitələrinın təhdidinə qarşı avadanlığın yetərsizliyi göstərilib. Həmçinin qeyd olunur ki, Rusiya stansiyaları 50 milllik həndəvərdə GPS sistemini neytrallaşdırmaq qabiliyyətinə malikdir. Müəllifin fikrincə, bu problemi izlənilməsi və müəyyən edilməsi çətin olan yüksək tezlikli radioəlaqənin köməyi ilə həll etmək olar. Lakin ABŞ ordusunda istisnasız olaraq peyk əlaqəsinə üstünlük verilir.

"İş o yerə qalıb ki, 173 saylı briqada yaranmış bu çatışmazlığa görə Rusiyanın radioelektron vasitələrinə yaxşı bələd olan litvalı hərbçilərdən mədət umur. Bu, ABŞ hərbçilərinin rabitə vasitələri ilə bağlı hansı anlayışa sahib olmasının qaranlıq əlamətidir”, - yazıda qeyd olunub.

Məqalədə əsas təhlükənin artilleriya üçün yarandığı bildirilir. Belə ki, ABŞ ordusu artilleriya atəşlərində də yalnız GPS sisteminin köməyinə bel bağlayır. Lakin artıq 20 ildir ki, orduda astronomik cədvəldən istifadə edilmir.

ABŞ ordusunun istefada olan hərbçisi Adrian Bonenberger yazır ki, əgər Rusiya artlilleriya atışlarını çaşdırmaq üçün REM sistemlərindən istifadə etsə və bunun nəticəsində tank əleyhinə silahlar düşmən texnikasını vura bilməsə, rus hərbçiləri asanlqla desantların öhdəsindən gəlməyə qadir olacaq. "Bu isə bizi uzun və qanlı müharibəyə sürükləyir”, - Benenberger qeyd edir.