www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
11-11-2019, 10:09

Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir

Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir

Dünyada radioaktiv tullantıların saxlandığı ən böyük anbarlardan biri Qırğızıstanın cənub-qərbində Mayluu-Suu şəhəri yaxınlığındadır və bu, regionu ekoloji fəlakətlə üz-üzə qoymaqla yanaşı, əhali üçün də böyük təhlükədir.

AZƏRTAC Qırğızıstan mətbuatına istinadla xəbər verir ki, bu ərazidəki uran şaxtası heç kim tərəfindən qorunmur. Bu vəziyyət ekoloqları və tibb işçilərini çox narahat edir. Ekoloqlar bildiriblər ki, həmin şaxtada radiasiyanın səviyyəsi saatda 100 rentgenə çatır. Belə təhlükəli ərazidə son illər bir neçə yaşayış evi tikilib.

Qırğızıstan Hökuməti Mayluu-Suudakı bu anbarı respublikada ən təhlükəli ərazi hesab edir. Ekoloqlar isə deyirlər ki, tullantılar çaylara axsa, region böyük bir təhlükə qarşısında qalacaq.

Keçmiş SSRİ dövründə Mayluu-Suuda böyük miqdarda uran filizi çıxarılıb. Hazırda bu şəhər əlillərin sayına görə liderlər sırasındadır.

Mətbuat yazır ki, 2020-ci ildə Qırğızıstan Hökuməti Avropa Yenidənqurma və İnkişaf Bankının qrantı ilə bu anbarın rekultivasiyasına başlayacaq.

O da bildirilir ki, bank Mərkəzi Asiyadakı belə radioaktiv obyektlərin zərərsizləşdirilməsi üçün ümumilikdə 82 milyon avro vəsait ayırıb.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR