www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
2-12-2019, 19:47

İsveçin “Nordic Monitor” nəşrinin məqaləsi ermənilərdə təşviş doğurub

İsveçin “Nordic Monitor” nəşrinin məqaləsi ermənilərdə təşviş doğurub

İsveçin "Nordic Monitor” nəşrinin noyabrın 27-də dərc etdiyi "Türkiyə Ermənistana qarşı hərbi əməliyyat planlaşdırır” sərlövhəli məqalə ermənilərin böyük təşvişinə səbəb olub.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan dekabrın 2-də iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə keçirdiyi mətbuat konfransında rəsmi Yerevanın Türkiyənin Ermənistana ehtimal edilən hücumu mövzusunda qalmaqallı məqalə ətrafına yaranan şəraiti izlədiyini bəyan edib.

"Nordic Monitor” nəşrinin iddiasına görə, Türkiyənin hərbi rəhbərliyi Ermənistan ərazisinə havadan zərbələr endirməyi planlaşdırıb. Mnatsakanyan bununla bağlı əlavə edib: "Mən bu informasiyanı təkzib və ya təsdiq edə bilmərəm. Bunu, ilk növbədə, Türkiyə etməlidir. Düzünü desəm, hələ ki, Türkiyə tərəfindən heç bir reaksiya verilməyib”. Onun sözlərinə görə, bunun Ermənistanda böyük təşvişə səbəb olduğunu söyləmək artıqdır və rəsmi Yerevan hadisələrin gedişini izləməkdə davam edəcək.

<iframe width="835" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 835px; height: 200px;"></iframe>

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə toxunan erməni nazir qeyd edib ki, Türkiyə tərəfindən gələn təhlükə Ankaranın rəsmi siyasəti ilə bağlıdır. O iddia edib ki, qarşı tərəfdən davam edən blokada, əlaqələrin yaradılmasında istəksizlik və Azərbaycana hərbi dəstək göstərilməsi Ermənistana təhlükə yaradır. Mnatsakanyan onu da qeyd edib ki, 2009-cu ildə Sürixdə imzalanmış protokolu da Ankara özü rədd edib.

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR