www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Gəncə Dövlət Universitetinin
Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
2-05-2019, 15:57

Zelenskinin arvadı yarı qiymətə elit mənzil alıb

Zelenskinin arvadı yarı qiymətə elit mənzil alıb

Ukraynada keçirilən prezident seçkilərinin qalibi olmuş Vladimir Zelenski 2013-cü ilin aprel ayında ukraynalı biznesmen və keçmiş Ali Rada deputatı Aleksandr Buryakın Krımdakı elit mənzilini yarı qiymətə alıb.

Bu haqda "Reuters” gəlir və mülkiyyətlərlə bağlı bəyannamələr, o cümlədən, açıq mənbələrə istinadən məlumat yayıb.

Zelenskinin aldığı üç otaqlı mənzil Qara dəniz sahilində, "İmperator” elit yaşayış kompleksində yerləşir. Əmlakı 163,8 min dollara əldə edib (kv.metrini, təxminən, 1263 dollara).

Bu arada, Ukraynanın "domik.ua” daşınmaz əmlak alqı-satqısı saytında 2012-ci il məlumatlarına görə, "İmperator” kompleksində mənzilin kvadrat metrinin qiyməti 3,5-4 min dollar arasında dəyişib. Bir müddət sonra həmin saytda qiymətlərin 2,8 min dollara düşdüyü qeyd olunur.

Lyuks mənzilin Zelenskiyə nə üçün bazar qiymətindən aşağı qiymətə satıldığını "Reuters” müəyyən edə bilməyib. Nə Zelenski, nə də onun həyat yoldaşı agentliyin sorğusunu cavablandırıbıb. Həmçinin, Ukraynanın dövlət reyestr xidmətinin məlumatlarına əsasən, mənzili satan biznesmen Buryak da bu barədə şərh verməkdən imtina edib.

 

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR