www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
12-01-2020, 10:10

Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”

Ukraynadan İrana qarşı açıqlama: “Təyyarələrimiz İran üzərindən uçmayacaq”

Ukrayna Beynəlxalq Hava Yolları uçuş marşrutlarının dəyişdirildiyini və şirkətin təyyarələrinin artıq İran üzərindən uçmayacağını bildirib.

Musavat.com haberler.com-a istinadən bildirir ki, İranın Ukrayna təyyarəsini səhvən vurduğunu açıqladıqdan sonra ölkənin Beynəlxalq Hava Yolları açıqlama yayıb.

Ukrayna Beynəlxalq Hava Yollarının verdiyi açıqlamada bildirilir ki, İran etdiyi bu cinayətə görə bütün məsuliyyəti öz üzərinə götürməlidir. 

Açıqlamada qeyd edilir ki, İran hakimiyyəti hava limanını bağlamalıdır.

"Onlar bizim ən yaxşı komandamız idi” 

Ukrayna Hava Yollarının baş direktoru Yevgeni Dihne hadisə ilə bağlı verdiyi açıqlamada bildirib ki, burada heç bir texniki nasazlıqdan söhbət gedə bilməz:
 "İranın ilk açıqlamalarında komandamızın səriştəsizliyindən və ya texniki nasazlıqdan bəhs edilirdi. Bu, tamamilə yalan idi və biz bunu sübut etdik. İranın ötən gün verdiyi açıqlama da bizim fikirlərimizi bir daha təsdiq etdi. Bu komandadakı insanlar bizim ən yaxşı mütəxəssislərimiz idi.”

"Bunu bilərəkdən ediblər...”

Ukrayna Kəşfiyyat Xidmətinin (SBU) rəhbəri İvan Nazirov da məsələ ilə bağlı bir açıqlama verib. O, "atılan raket avtomatik olaraq işə düşməyib, bunu bilərəkdən ediblər. Kəşfiyyat qrupu olaraq dünən iki ehtimal üzərində dayanmışdıq. Təyyarə ya vurulmuşdu, ya da terror hücumuna məruz qalmışdı.”

Bundan başqa, Ukrayna prezidenti Vladimir Zelenski İranın günahını etiraf etməsindən sonra ölkə mediasına açıqlama verib. O, İranın çox yönlü araşdırmalara başlamasını tələb edib.

Toğrul İsmayıl,
Musavat.com

https://www.haberler.com/son-dakika-ucagi-dusurulen-ukrayna-dan-iran-a-12807308-haberi/

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR