www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
60 yaşlı yeznəsinin beş yaşlı körpəni zorlamasından və narkotiklə tutulmasından yeni Nazirə şikayətlənən vətəndaş. (video)
60 yaşlı yeznəsinin beş yaşlı körpəni zorlamasından və narkotiklə tutulmasından yeni Nazirə şikayətlənən vətəndaş. (video)
Gəncə Dövlət Universitetinin
Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
30-04-2019, 11:00

Səhər yeməyindən imtina təhlükəlidirmi?

Səhər yeməyindən imtina təhlükəlidirmi?

Kardioloq: "İnsanı xəstələndirən kasıbçılıq və stressdir”

Səhər yeməyindən imtina insan orqanizmi üçün təhlükəlidir. Bu barədə Amerika kardioloqları qənaətə gəliblər. Amerikalı həkimlərin araşdırmasına görə, səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölüm riskinin artması ilə düz mütənasibdir.

Mütəxəssislər "National Health and Nutrition Examination Survey” proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaşları arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib. Məlum olub ki, uzun müddət ərzində səhər yeməyindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmə meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərir.

Mütəxəssislər onu da vurğulayırlar ki, tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb.

Qeyd edək ki, son vaxtlarda amerikalı mütəxəssislər səhər yeməyi ilə bağlı məsələni daim gündəmdə saxlamağa çalışırlar. Səbəb isə son illərdə ABŞ-da səhər yeməyini yeyənlərin sayının azalmasıdır. Araşdırmalardan məlum olur ki, amerikalıların 20-30 faizi, ümumiyyətlə, səhərlər yemir. O da məlum olub ki, səhər yeməyini ötürmək şişmanlar arasında geniş yayılıb və artıq çəkidən xilas olmağın bir yolu kimi baxılır. Amma araşdırmalar səhər yeməyini ötürənlərdə çəkinin azalması faktını qeydə almayıb.

Mütəxəssislər həmçinin qeyd edir ki, günün fərqli zamanlarında yeyilən yeməklərin metabolizmə təsiri orqanizmin bioloji saatı ilə əlaqələndirilir. Bioloji saat mərkəzi beyində yerləşən hipotalamus vəzi ilə bağlıdır. Məsələn, bioloji saatla əlaqəli olaraq insan orqanizmi şəkəri gündüz vaxtı ilə müqayisədə gecə yaxşı "emal” edə bilmir. Bəzi araşdırmalarda gecə növbəsində işləyən işçilərdə gündüz işləyənlərə görə şişmanlıq və ürək-damar xəstəliklərinin daha çox rast gəlinməsi bioloji saat rejiminin pozulması ilə əlaqələndirilir. Yemək vaxtının dəyişdirilməsi bioloji saata genlər səviyyəsində təsir edir və yenidən proqramlanır.

Kardioloq İdris Xəlilov ile ilgili görsel sonucu

Kardioloq İdris Xəlilov mövzu ilə bağlı "Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, səhər yeməyindən imtinanın təhlükəsi ilə bağlı fikirlər yanlışdır: "Kim acırsa, yemək yeməlidir. Mənim 40 illik təcrübəm var, yəni dediklərim əsaslıdır. İnsan bilərəkdən yeməkdən imtina edirsə, bu səhvdir. Əgər istəmirsə, yeməməlidir. Ümumiyyətlə, qidalanma individualdır. İnsanlar ac qalır, oruc tutur. Olur ki, həftə ilə ac qalırlar, amma onlara heç nə olmur. İnsanı xəstələndirən kasıbçılıq və stressdir”.

Səhər yeməyi ilə bağlı digər maraqlı faktlar da var. Onlardan bir neçəsini təqdim edirik.

Mütəxəssislər bildirir ki, səhər yeməyi yeyən insan gün ərzində ona lazım olan enerjini tam ala bilir. Belə ki, səhər yeməyi insanda iş qabiliyyətini 30 faiz artırmış olur. Bunun üçün ən ideal vaxt isə saat 9-10 radələridir. Həmçinin səhər yeməyi insanda əhval-ruhiyyəni də yaxşılaşdırır. Səhər yeməyindən imtina etdikdə qanda şəkərin səviyyəsi aşağı düşür ki, bu da insanda pis əhval-ruhiyyə yaradır, əsəbi olur.

Mütəxəssislər bildirir ki, səhər yeməyində yumurta qidasına mütləq şəkildə üstünlük vermək lazımdır. Çünki səhər yumurta yeyən şəxs daha gec acır, nəticədə az yeyir. Eyni zamanda yumurta insanı çox yaxşı doydura bilir. Məsləhət görülür ki, yumurta qızardılmış deyil, daha çox bişmiş halda qəbul edilsin. Düyü sıyığı, kiçik salat porsiyası, 1 tikə bişmiş ət və ya toyuq da səhər yeməyi üçün çox yaxşı seçim sayılır.

Mütəxəssislər qeyd edir ki, səhər yeməyində, sadəcə, çay və qəhvə ilə kifayətlənənlər böyük səhvə yol verir. Çünki ac halda çay və qəhvə qəbul etmək mədənin selikli qişasını qıcıqlandırır və bu da vaxt keçdikcə qastritin inkişafına səbəb ola bilər.

Səhər yeməyinin həmçinin insana informasiyanı daha yaxşı qəbul etməyə və yadda saxlamağa kömək etdiyi bildirilir. Diyetoloqlara görə, səhər yeməyi gündəlik qida rasionunun 25 faizini təşkil etməlidir. O cümlədən nahar 40-50 faiz, şam yeməyi 25 faiz təşkil etməlidir.

Xalidə GƏRAY,
"Yeni Müsavat”

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
60 yaşlı yeznəsinin beş yaşlı körpəni zorlamasından və narkotiklə tutulmasından yeni Nazirə şikayətlənən vətəndaş. (video)
60 yaşlı yeznəsinin beş yaşlı körpəni zorlamasından və narkotiklə tutulmasından yeni Nazirə şikayətlənən vətəndaş. (video)
Gəncə Dövlət Universitetinin
Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…
Etibar Əliyevin böhtan taktikası-TƏHSİLİMİZİN ŞANTAJÇI EKSPERTİNƏ CAVAB
Etibar Əliyevin böhtan taktikası-TƏHSİLİMİZİN ŞANTAJÇI EKSPERTİNƏ CAVAB
Baş Prokurorluq keçmiş əməkdaşının ölümü haqda məlumat yaydı
Baş Prokurorluq keçmiş əməkdaşının ölümü haqda məlumat yaydı
Azərbaycanlı qız möcüzə nəticəsində yanan təyyarədə ölümdən qurtuldu
Azərbaycanlı qız möcüzə nəticəsində yanan təyyarədə ölümdən qurtuldu
Şadlıq saraylarına xəbərdarlıq! Zəhərlənməmək üçün bunları edin - VİDEO
Şadlıq saraylarına xəbərdarlıq! Zəhərlənməmək üçün bunları edin - VİDEO
Samuxda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb
Samuxda qanunsuz fəaliyyət göstərən toyuq sexi aşkarlanıb
Pərvanə Sabirqızı qardaşının qatilinə verilən hökmdən narazıdır
Pərvanə Sabirqızı qardaşının qatilinə verilən hökmdən narazıdır
Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi
Bakının mərkəzində dava: Aləm bir-birinə dəydi
Rüsvay edəcəyi ilə hədələdi, 1500 manat istədi – AZƏRBAYCANDA
Rüsvay edəcəyi ilə hədələdi, 1500 manat istədi – AZƏRBAYCANDA