loading...

Ermənistan günün sonunda hücuma keçə bilər - Qarabağda TƏXRİBAT HAZIRLIĞI

07-09-2017 Baxış sayı :1 256
Ermənistan günün sonunda hücuma keçə bilər - Qarabağda TƏXRİBAT HAZIRLIĞIBu gün Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində ermənilərin yaratdığı qondarma "DQR” rejiminin "prezidenti” Bako Saakyanın "andiçmə mərasimi” keçirilir.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, yeni "konstitusiyaya” görə qondarma rejimin "parlamenti” tərəfindən seçilən Bako Saakyan 2020-ci ilə qədər keçid dövrünün "prezidenti” olacaq. 2020-ci ildən sonra ümumi seçkilər keçiriləcək. Lakin Bako Saakyanın hakimiyyətini 2030-cu ilə qədər davam etdirəcəyi də deyilir.

Bu, Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı”nın planıdır. Sarkisyan gələn il prezident səlahiyyətlərini təhvil verəcək, lakin onun ölkəyə nəzarəti əlində saxlamaq üçün Milli Təhlükəsizlik Şurasının rəhbəri olacağı deyilir. İşğal olunmuş Dağlıq Qarabağda qondarma rejimin möhkəmlənməsinə hesablanmış addımlar isə ümumilikdə "Qarabağ klanı”nın Qarabağ kartından istifadə edərək, Ermənistanda hökmranlığı davam etdirməsi planının əsas hissəsidir. Burada həm də Ermənistanın işğalçı rejiminin Azərbaycan torpaqlarını 2030-cu ilə qədər işğalda saxlamaq niyyəti də açıq görünür. Lakin Azərbaycan buna imkan verəcəkmi? Yaranmış situasiya və Azərbaycan Ordusunun zərbələri işğalçıların arzularının baş tutmayacağına əminlik yaradır.

Digər tərəfdən, bu gün "inauqurasiya” mərasimindən sonra erməni hərbi birləşmələrinin cəbhədə yeni təxribata əl atacağı da istisna deyil. Çünki Ermənistanda Bako Saakyanın "prezidentliyi”nə qarşı çıxanlar var, xüsusilə millətçi daşnaklar bunu qəbul etmək istəmir. Sarkisyanın komandası isə "DQR”-də "prezidentlik institutunun” gücləndirilməsini müharibə vəziyyəti və Azərbaycanla döyüşə hazırlıqla əsaslandırırlar. Ehtimal ki, Sarkisyan hakimiyyəti bu "arqumenti” sübut etmək üçün günün sonunda təxribata əl ata bilər.