вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:37 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:18 06/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:57 05/6/2017
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabiq nazirlərə BAYRAM SÜRPRİZİ

Sabiq nazirlərə BAYRAM SÜRPRİZİ

Sabiq nazirlərə "BAYRAM SÜRPRİZİ":Zindana yol açıldı


“Mahmudov həbs ediləcək” anonsu verildi, məxfi materialların ələ keçirildiyi bildirilir


Parlamentin vitse-spikeri Ziyafət Əsgərov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş başçısı Eldar Mahmudovun məsuliyyət məsələsindən danışıb. Ziyafət Əsgərov MTN daxilində baş vermiş korrupsiya hallarına görə, Eldar Mahmudovun məsuliyyət daşıdığını bildirib: “Əlbəttə, daşıyır. Təqsiri olan hər bir şəxs sözsüz ki, məsuliyyətə cəlb olunacaq. Bundan sonra hansı cəza tədbirləri görüləcək, bu, məhkəmənin qərarından asılı olacaq”.


Rüşvət almaq və korrupsiya hallarına yol verməkdə ittiham olunan keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Eldar Mahmudovla əlaqələrinə dair ilginc məlumatlar yayıldı. MTN generalları - Sübahir Qurbanov, Teymur Quliyev və Natəvan Mürvətovanın cinayət işi üzrə məhkəmə prosesində dindirilən Əli Abbasov etiraf edib ki, hər ay MTN generallarına “paket” verib, buna səbəbi kimi isə Eldar Mahmudovdan qorxduğunu deyib. Keçmiş MTN “şef”inin şantaj və təhdidləri qarşısında qalan Ə.Abbasov  “baş çekist”in əmrlərini icra etməyə başlayıb: tələb olunan aylıq xəracı verməyə məcbur olub.


“Mahmudovu bitirmək planı” masada


Ziyafət Əsgərovun “məsuliyyətə cəlb olunacaq” mesajı Eldar Mahmudovun həbs olunacağı barədə ilk dəfə yüksək səviyyədə edilən xəbərdarlıqdırsa, Əli Abbasovun uzun müddətlik susqunluğundan sonra etdiyi etiraf da həbsə hazırlıq getməsi barədə verilən mesajdır. Abbasov təsadüfən danışmırdı, bu susqunluq o vaxt pozulurdu ki, artıq yüksək səviyyədə Eldar Mahmudovun məsuliyyətə cəlb olunacağı xəbərdarlığı edilmişdi. Demək ki, Abbasova “sus” əmri verənlər artıq danışması üçün “düymə”ni basıblar. Keçmiş nazirin etirafından çıxan məntiq budur ki, artıq ən xırda detallarına qədər ali səviyyədə Eldar Mahmudov sirri çözülüb: keçmiş “baş çekist”in şantaj, təxribat kanallarının qarşısı bağlanılıb, onu müdafiə edən məxfi informasiyalar ələ keçirilib.


Çovdarova xəbərdarlıq


“Mahmudovu bitirmək planı”nın tərkib hissəsi olaraq, Akif Çovdarovun da keçmiş “patron”u haqda daha ilginc sirləri açacağı da istisna deyil. Gələn məlumatlara görə, bu barədə artıq MTN generalına xəbərdarlıq da edilib və növbəti məhkəmə proseslərinin birində Mahmudovu ələ verəcək. Ehtimal olunur ki, Mahmudovun artıq təhlükəli olmadığı, bütün şantaj kanallarının bağlanıldığı və onu müdafiə edən adamlarının zərərsizləşdirildiyi və Çovdarovlar ailəsinə bu istiqamətdə hansısa təhlükənin olmayacağı barədə qarantiya da verilib.


Abbasov özünü belə ələ verdi


Əli Abbasov dindirilmə zamanı onu da açıq şəkildə etiraf etdi ki, Eldar Mahmudovun kabinetində Azərbaycandan xaricə, xaricdən də Azərbaycana ötürülən informasiyalara dair danışıqlar aparıb. Bu istiqamətdə ortada hansısa formada gizli əməkdaşlığın olduğu da müzakirə mövzusudur. Məhz bu və digər gizli informasiya alış-verişi həm Mahmudov, həm də Əli Abbasovu qoruyan “qalxan” idi. İndi Əli Abbasov bu sirri açmaqla həm Mahmudovu ələ verdi, həm də özünün həbsi üçün şərait yaratdı. 


Əslində Abbasovun başqa variantı yox idi. Gec-tez həbs ediləcəyini əvvəldən bilirdi və sadəcə göstəriş verilməmişdi deyə, bu barədə heç nə danışmırdı. Əgər indiki məqamda Əli Abbasov danışırsa, demək ki, Mahmudovu azadlıqda saxlayan məxfi məlumatlar ələ keçirilib və bu yöndə onun edəcəyi şantaj vasitələri zərərsizləşdirilib.


Keçmiş nazir niyə susmuşdu?


Əli Abbasovda belə faktların olması əvvəldən Mahmudovu bitirmək istəyən dairələrə məlum idi. Prinsipcə və qanunvericilik əsasında həbs olunmalıydı. Lakin olunmadı, ona görə ki, Abbasov bu faktları istintaqın ağır şərtləri altında açsaydı, iddia oluna bilərdi ki, bunu təzyiq və işgəncə altında deməyə məcbur olub. Yəni inandırıcı görünməyəcəkdi, ehtimallar, iddialar irəli sürüləcəkdi. Amma indi Əli Abbasova bunu azadlıqda olarkən dedizdirirlər ki, həm sonrakı proseslərdə Mahmudovla müqayisədə daha yüngül cinayətlər işlədiyinə görə alacağı cəza yüngül olsun, həm də keçmiş MTN başçısının həbsinə qanuni, inandırıcı və iddiasız zəmin yaradılsın.


“Bayram sürprizi”


Keçmiş MTN “şef”inin Bakıdakı biznes obyektlərinin fəaliyyətləri də yenidən dayandırılıb. Bir müddət əvvəl isə həmin obyektlər uzun müddətlik dondurulmadan sonra fəaliyyətləri bərpa olunmuşdu. Həmin vaxt iddia olunurdu ki, Eldar Mahmudov bir sıra sirləri açmaq müqabilində azadlıqda qalacaq və rahat şəkildə biznes fəaliyyətini davam etdirəcək. İndiki situasiyadan da görünən isə budur ki, Mahmudov ona verilən vədlərə inanaraq, özünü təhlükəsizlik zolağından çıxararaq ifşa olunmasına şərait yaradıb. Gələn məlumatlara görə, gələn ilin yanvarın ilk günlərində - böyük ehtimalla bayram ərəfəsində Eldar Mahmudov və Əli Abbasov həbs olunacaq.

Teqlər:
Bu xəbər cəmi 5010 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете