вложение денег под проценты



Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
00:29 26/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________

loading...

Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

Bakıda maskalılar məmuru evindən oğurlayıb 300 min dollarını aldılar

“MTN mafiyası”nın qurbanlarından biri də məmurdur. Həm də sahibkar-məmur. Onun adı MTN qurbanlarının siyahısında sadəcə olaraq sahibkar kimi göstərilir.


MTN-nin həbs edilən yüksək vəzifəli zabitləri ilə bağlı açılan cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş kimi tanınan Saleh Səmədov ifadəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd etsə də məmur olması haqda danışmayıb.


Musavat.com-un araşdırması zamanı məlum olub ki, “MTN çetesi”nin zərərçəkmişi kimi tanınan “Araz” MMC-nin sahibi Səmədov Saleh Mehralı oğlu həm də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İmişli ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiridir. Bundan əvvəl isə İmişli Rayon İcra Hakimiyyətində başqa vəzifələrdə də çalışıb.


Saleh Səmədovla MTN-nin “ilk tanışlığı” necə olub? 


İstintaq zamanı MTN-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı mübarizə Baş idarəsi tərəfindən bir sıra vətəndaşların telefon nömrələrinin qanunsuz olaraq dinlənilməsi araşdırılarkən zərərçəkmişlər siyahısında Saleh Səmədovun da olduğu müəyyən edilib.


Zərərçəkmiş Saleh Səmədov istintaqa ifadəsində göstərib ki, 2015-ci ildə Nərimanov rayonu, H.Əliyev küçəsi ev 70 ünvanındakı mənzilindən çıxıb İmişliyə getmək istəyərkən tanımadığı nömrədən zəng gəlib. Özünü MTN-nin şöbə rəisi Natiq Alıyev kimi təqdim edən şəxs evinin qarşısına çıxmasını istəyib.


Evinin qarşısına çıxan S.Səmədov Natiq Alıyev və digər MTN əməkdaşları ilə qarşılaşıb. Və görüb ki, artıq MTN əməkdaşları sürücüsü Ramil Şirinovu saxlayıblar. O, həmin vaxt Ramil Şirinovun xəsarət aldığını da bilib.


S.Səmədovdan MTN-ə gələməsi tələb olunub. Onunla birlikdə sürücüsü də nazirliyin binasına aparılıb.


Tələb edilən məbləğ 1 milyon


MTN-də  Natiq Alıyev ona Sübahir Qurbanovun göstərişi ilə gətirildiyini, sahibi olduğu “Araz” MMC-nin vergidən yayındığını və bu əməllərinə görə də həbs edəcəklərini deyib.


S.Səmədov ifadəsində deyib ki, daha sonra söhbətə digər MTN əməkdaşı Fizuli Əliyev də qoşulub və həbs olunacağı barədə ona hədə-qorxu gəlib. Söhbətlərin və hədə-qorxunun sonunda S.Səmədovdan azadlığa buraxılması üçün 1 milyon dollar tələb edilib.


Bu qədər pulunun olmadığını deyən S.Səmədovu bir gecə MTN-də saxlayıblar. Səhər isə ona “güzəşt” edərək 300 min verməsini təklif ediblər. Məmur Səmədov bu təkliflə razılaşanda onu MTN-dən buraxıblar.


MTN-dən qapıya qədər “xidmət”


S.Səmədovu Natiq Alıyev özünün “Audi Q7” markalı maşını ilə evinə aparıb. Məqsədi isə pulun bir hissəsini nağd şəkildə almaq imiş. S.Səmədovu evinə aparan N.Alıyev qapıda gözləyib ki, 100 min dolları isti-isti alsın. 100 min dolları alan Natiq Alıyev qalan 200 min üçün Səmədova 1 ay vaxt verildiyini söyləyib və gedib.


Bir ay sonra “MTN çetesi”nin qurbanları ilə daimi görüş yerlərindən olan “Sultan” kafesinə gələn Səmədov 200 min dolları da burada N.Alıyev və digərlərinə təhvil verib.


Zərərçəkmiş şəxs qismində S.Səmədovun sürücüsü Ramil Şirinov da ifadə verib. O, döyüldüyü və hədə-qorxu gəlindiyi üçün zərərçəkmiş kimi tanınıb. 


Müdiri Saleh Səmədov kimi eyni məzmunlu ifadə verən Ramil Şirinov telefon danışıqlarının dinlədiyinə əmin olduğunu da ifiadəsində deyib. Bu əminliyini onunla izah edib ki, MTN əməkdaşları onu saxlayarkən haradan gəldiyini, kiminlə görüşəcəyini, gün ərzində telefonda nə danışdığını bilirmişlər.


“MTN mafiyası”nın qanunsuz əməllərindən biri olan bu epizodla bağlı istintaqın gəldiyi nəticə belədir ki, Saleh Səmədovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi ləğv edilmiş MTN-nin 4-cü Baş idrəsinin sabiq rəisi Sübahir Qurbanovun razılığı ilə, həmin idarənin sabiq rəis müavini Fizuli Əliyev tərəfindən təşkil edilib. 


Səmədovun olduğu yer və edəcəyi görüş barədə olan məlumatlardan istifadə etməklə, hər hansı rəsmi araşdırma olmadan MTN-ə məcburi gətirilməsi üçün istifadə edilib.


Eyni zamanda istintaq belə qənaətə gəlib ki, “Araz” MMC-nin vəzifəli şəxslərinə qarşı 2009-2015-ci illər ərzində ləğv olunmuş MTN-nin Ramin adlı və sabiq vəzifəli şəxsləri tərəfindən törədilmiş qanunsuzluqlar, hədə-qorxu ilə pul tələb edilməsi, rüşvət alınması xüsusatı üzrə cinayət əməlləri hazırda iş üzrə təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovla birbaşa bağlı olmadığından, həmçinin, əlavə sübutların toplanmasına zərurət olduğundan bu epizod üzrə cinayət təqibi ayrıca cinayət işinin istintaqı çərçivəsində davam etdirilməlidir. 


Məmur Saleh Səmədovdan hədə-qorxu ilə pul tələb olunması epizodu üzrə Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin 2-ci idarənin 3-cü şöbəsinin sabiq rəisi Natiq Alıyev də ifadə verib.


S.Səmədovu evindən MTN gətirib, daha sonra isə evinə yola salan N.Alıyev deyib ki, adı çəkilən şəxsin ətrafında hər hansı texniki əməliyyat tədbirinin həyata keçirilməsi barədə məlumatı olmayıb.


N.Alıyev bildirib ki, Səmədovun MTN-ə gətirilməsi tapşırığını rəisi Fizuli Əliyev verib. Saleh Səmədovun və sürücüsünün dəqiq olaraq harada olması ilə bağlı məlumatı da F.Əliyevdən adlığını deyən N.Alıyev pul alınması məsələsindən xəbərsiz olduğunu söyləyib.


Qeyd edək ki, adları çəkilən MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etmədə, gizli qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin telefon danışıqlarını dinləmədə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirmədə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşalra qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində təqsirləndirilirlər.

Teqlər:
Bu xəbər cəmi 5745 dəfə oxunuldu
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda
куда инвестировать деньги в интернете