www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Gəncə Dövlət Universitetinin
Gəncə Dövlət Universitetinin "Əliqulu Quliyev problemi"…
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
Xəbərlər>Hadisə
2-05-2019, 13:03

Bakıda dünya çempionunun arvadına cinayət işi açıldı – SƏBƏB

Bakıda dünya çempionunun arvadına cinayət işi açıldı – SƏBƏB
Bir neçə ay əvvəl kikboks millisinin baş məşqçisi Anar Süleymanovun həyat yoldaşı Şamama Məmmədovanı döyməsi barədə məlumat yayılmışdı.

News24.az-ın məlumatına görə, həmin vaxt Anar Süleymanov Nərimanov Məhkəməsi tərəfindən həbs edilərək 20 gün müddətinə həbsxanaya salınmışdı.

Bu dəfə isə Anar Süleymanovun şikayəti əsasında onun həyat yoldaşı Bayramova Şamama Mehman qızı barəsində cinayət işi açılıb. Belə ki, bir vaxtlar idmançı kimi Anarın tələbəsi olan və daha sonra onunla evlənən qadın barəsində Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan atma maddəsi ilə iş açılıb. İşlə bağlı materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib və hakim Hafiz Kamranovun icrasına verilib. Məlumata görə, fevralın 13-də Anar Süleymanovun Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb. 

Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb: "Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq. Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin. Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.
İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm. Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.

Qeyd edək ki, Anar Süleymanov budo döyüş növü üzrə üç dəfə dünya çempionu olub, bir dəfə Dünya Kubokunu qazanıb. O, budo üzrə idman ustasıdır və universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olub.скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR