loading...

"Qarabağ"ın rəqibləri anlaşdılar

12-09-2017 Baxış sayı :48

 "Qarabağ"ın rəqibləri anlaşdılar

 

"Çelsi"nin hücumçusu Dieqo Kostanın karyerasını harada davam etdirəcəyinə böyük ölçüdə aydınlıq gəlib.

Braziliyalı forvard İspaniyaya qayıtmağa hazırlaşır.

Çünki "Atletiko" ulduz futbolçunun transferini, demək olar ki, yekunlaşdırıb. Klublar arasında aparılan danışıqlar artıq müsbət nəticələnib. İspaniya millisinin üzvünün yanvarda madridlilərlə müqavilə imzalaması gözlənilir. Bu keçid "zadəganlar"a 60 milyon avro qazandıracaq.
 
Qeyd edək ki, həm "Çelsi", həm də "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıblar.