Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Salyan icrada ara qarışdı: Qara -piar kompaniyasının GİZLİNLƏRİ
Şəhid olan əsgərlərimiz - Fotolarda
Qarabağda şəhid olan hərbçilərimizin adları bilindi (RƏSMİ)
Cəbhədəki vəziyyətlə bağlı daha bir BƏYANAT
Stefen Miller: Tramp administrasiyası ölkənin terrorizmdən müdafiəsi üçün hər bir ölçüyə əl atacaq
Stefen Miller: Tramp administrasiyası ölkənin terrorizmdən müdafiəsi üçün hər bir ölçüyə əl atacaq
ABŞ prezidentinin yardımçısı Ağ EvinTrampın səyahət qadağasını ləğv edən məhkəmələrin hökmlərini qüvvədən salmaq üçün bütün mümkün varianları nəzərdən keçirdiyini deyib. Trampın siyasi müşaviri Stefen Miller Tramp administrasiyasının ölkəni terrorizmdən müdafiə etmək üçün hər bir ölçüyə əl atacağını bildirib. Trampın 31 yaşlı yardımçısı NBS xəbər agentliyinə prezidentin ölkəyə kimin girəcəyinə dair qərar vermək haqqı olduğunu deyib. O, 7 ölkədən Amerikaya səyəhət qadağasının bu gün və gələcək təhdidlər səbəbindən müdafiə məqsədi daşıdığını vurğulayıb. Miller deyib ki, Tramp administrasiyası Ağ Ev, məhkəmə sistemi və Konqresin bərabərliyini tanıdığını, lakin yurisdikdiyasının super qüvvə olmadığını deyib. Cümə günü Floridaya yola düşməzdən öncə ABŞ dövlət başçısı mühacirətlə bağlı yeni bir qanunun tətbiqini nəzərdə tutduğunu bildirib. Tramp müxbirlərə yeni sərəncamın bazar ertəsi açıqlana biləcəyinin mümkünlüyünü ifadə edib. ABŞ prezidenti Donald Tramp dünən Amerika xalqına həftəlik radio müraciətində xarici terrorçuların ölkənin mühacirət sistemindən bir vasitə kimi istifadə edə bilməyəcəyinə söz verib. "Biz terroçuların, radikalların və təhlükəli ekstremistlərin ölkəmizə daxil olmasına imkan verməmək üçün bütün lazımı və hüquqi ölçülərin götürülməsi məqsədilə mübarizəni davam etdirəcəyik. Biz səxavətli mühacirət sistemimizin terrorizm aləti kimi pis insanlar tərəfindən bizə qarşı çevrilməsinə yol verməyəcəyik"-deyə Tramp bildirib ("Amerikanın səsi")
Piton ilanlar Floridanı zəbt edib - onları heç kim dayandıra bilmir
Piton ilanlar Floridanı zəbt edib - onları heç kim dayandıra bilmir
Əvvəllər meşələrin dərinliyində və bataqlıqlarda məskən salan uzunluğu 5 metrə çatan ilanlar yarımadaya başqa qitədən gəliblər. Onların basqınlarının qarşısını almaqda amerikalı ovçular da aciz qalıblar. Ştatda ilanların tutulması üçün xüsusi ekspedisiya təşkil olunub. Florida Universitetinin dəvəti ilə Hindistandan yanvar ayının əvvəlində ovçular gəlib. Onlar tərcüməçilərin, bioloqların və iki Labradorun müşayiəti ilə bataqlıqları dolaşıblar. Ekpedisiya üzvləri pitonları nüvə bazasında yaxalayıblar. Bazada soyuq müharibənın qızğın çağında nüvə döyüş başlıqlarıyla "Nayk-Herkules" raketləri yerləşdirilib. 1979-cu ildən boş qalan beton bunkerlərin yanında indi ilanlar məskən salıblar. Tünd rəngli bu pitonlarının vətəni Amerika deyil, onlar cənub-şərqi Asiyada yaşayıblar. Daha sonra Myanma, Nepal, Vyetnam, Kamboca, Tailand və Malayziyada yaşayıblar, Hindistanın şərqində və Cənubi Çində də onlara rast gəlinir. Floridaya onlar bu yaxınlarda gəliblər, mütəxəssislər arasında pitonların necə gəlməsi ilə bağlı indiyə qədər mübahisələr davam edir. Yalnız bir şey aydındır: bunda ekzotik heyvan həvəskarları günahkardırlar. Doxsanıncı illərin əvvəllərində evdə nəhəng pitonları saxlamaq dəbdə idi. Onlar tamamilə zərərsiz görünürlər, bundan başqa onlar digər böyük sürünənlərdən daha sakit idilər və onları yedirtmək elə də çətin deyildi. Həmin vaxtlar Mayamiyə minlərlə piton idxal edirdi və onları az qala qəpik-quruşa verirdilər. Təzə doğulmuş ilanları o vaxtlar 20-30 dollara əldə etmək mümkün idi. Tünd rəngli pitonun orta uzunluğu — 3,7 metr idi. Bu növün ən böyük nümayəndəsinin uzunluğu isə 5,7 metrə qədər çatırdı. Lakin böyümüş pitonu zərərsiz adlandırmaq çətindir , onlar insanın asanlıqla uda bilər. Hətta kiçik piton da insana təhlükəli yaralar vura bilər. Sonralar bu sürünənlər zoomağazalardan qaçır, bəzən də sahibləri onların təhlükəli olduğunu anlayanda küçəyə atırdılar. Bundan başqa, Floridada olan güclü qasırğa dağıdılmış heyvanxanalardan və tədqiqat mərkəzlərindən təxminən 15 min vəhşi heyvanın qaçmasına səbəb oldu. Alimlər güman edirlər ki, onlardan bəziləri salamat qaldılar, sürünə-sürünə bataqlıqlara qədər çatmağı bacardılar və gizləndilər. İndi bu ilanlar o pitonların nəsillərindən qalanlardır. Everqleyds milli parkında işləyən bioloq Skip Snou 1995-ci ildə bir neçə pitonu aşkarladı. Doğrudur, o meşənin dərinliyində ilanların yuvasını tapmadı. Amma bioloq hiss edirdi ki, bunlar zoomağazadan qaçanlarla oxşar deyildilər, onlar, bir qayda olaraq daha nəhəng idilər. Snou öz şübhələri haqqında iş yoldaşlara danışdı, amma heç kim qulaq asmadı. "Mənə deyirdilər ki, sən onların yuvalarını tapmamısan. Həm də onlar çox deyillər. Amma mən axtarışları davam etdirdim”, - deyə bioloq bildirir. 2000-ci ildən sonra onlar daha tez-tez görünməyə başladılar. Dönüş anı 2003-cü ildə oldu. Turist qrupu parkın girişində dayazlıqda qəribə hadisənin şahidi oldular. Onlar yaxınlaşdılar uzunluğu bir neçə metrə çatan nəhəng pitonula tutaşmış yekə alliqatoru gördülər. İlan yırtıcını boğmağa çalışırdı, o isə təslim olmurdu və ilanı çənəsi ilə sıxırdı. Döyüş demək olar ki, bir sutka davam edib və heç-heçə ilə bitib. Yorğun alliqatorun zəifləyərək geri çəkilib və ilan yaralarını sağaltmaq üçün bataqlığa sürünüb. Bundan sonra Everqleyds pitonları haqqında bütün dünya bildi. Qalmaqaldan sonra milli parkın rəhbərliyi ilanlarla bağlı araşdırmaya başladı. Parkın dərinliyinə doğru yola düşən bioloq Snou bir neçə ay davam edən axtarışdan sonra kiçik pitonları tapa bilib. Onlar təzə yumurtadan çıxan pitonlar idi. Bu təkzibedilməz sübut idi ki, Everqleydsdə yerləşmiş pitonlar sürətlə çoxalırlar. Floridada 2005-ci ilə uzunluğu 533 santimetrdən çox olan iki mindən çox ilan tutulub. Alimlər tutulmuş sürünənlərin qarnından demək olar ki, bütün Florida heyvanlarını tapırdılar. Snou jurnalistlərə danışırdı ki, pitonlardan siçanların qalıqlarlarını şəxsən çıxardırdı. Bundan başqa oradan siçovullar, dovşanlar, yenotlar, vaşaqlar, hətta marallar, ördəklər, vağ quşları, ən faciəlisi isə Frensis ev pişiyini tapırdılar. Alimləri ən çox təəccübləndirən o idi ki, necə olub ki, indiyə qədər heç bir insan bu nəhəng ilanlardan zərər çəkməyib. 15 il ərzində mütəxəssislər pitonlarla mübarizə aparmaq üçün bütün metodları sınaqdan keçiriblər. Onları itlərlə ovlamağa çalışırdılar, tələlər qururdular. Lakin sürünənlər sürətlə çoxalmağa davam edirlər. 2007-ci ildə hesab edilirdi ki, Everqleydsdə ən çox 5 min nəhəng piton yaşayır. 2015-ciyə onların sayı 100 minə qədər artıb. Alimlər güman edirlər ki, əgər qabaqlama tədbiri görülməsə, gələcəkdə bu növ ilanlar bütün Floridanı tuta və sonra başqa ştatlara hücuma keçə bilərlər. Everqleydsdə 2013-cü ildə “Python Challenge” elan etdilər və pitonları ovlamaq üçün birinci ictimai yarış keçirdilər. Ən çox ilan öldürən insana 1500 min dollar mükafat söz verdilər. Ən uzun pitonun tutulması üçün təsəlliverici mükafat min dollar idi. Floridanın cənubuna bütün Amerikadan təxminən 500 nəfər ovçu yığışdılar. Hər kəs sürünənlərin öldürülməsinin ən yaxşı metodlarının təsviri və tövsiyyələr olan kitabçanı aldı. Bir ay ərzində ovçular yalnız 28 piton öldürdürə bildilər. Keçən il də bu tədbir təkrarladılar. Nəticə nisbətən yaxşı oldu, 1060 iştirakçı cəmi 102 ilanı məhv edə bildi. Məhz bundan sonra Hindistandan ilan tutan xüsusi ovçular dəvət edildi və birinci ayı ərzində ki ovçusu 14 piton tutdular. Florida alimləri ümid edirlər ki, onlar taktikalarını tezliklə yerlilərə də öyrədəcəklər.//xezerxeber
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda