Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
13:23 27/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Gömrükdə FHN əsarəti- Vüsal Novruzovla Rəfail Mirzəyevi nə birləşdirir?
Millət vəkili Nəriman Əliyevin 300 min məsələsi - İTTİHAM VAR
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat - İDDİA
«Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev həbs edildi
«Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev həbs edildi
Pravdainfo.org-a daxil olan məlumata görə, «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev iş yerində həbs edilib. Məlumata görə, bu həbs bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin vətəndaşlara qarşı çoxsaylı cinayət əməlləri ilə eyni motiv təşkil edir. Belə ki, DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb ediliblər. Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib. Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə, həbslə bağlı xüsusi əməliyyat bu gün - dekabrın 6-da, saat 20:00 radələrində «Gündəlik Bakı» qəzetinin «Azərbaycan» nəşriyyatında yerləşən redaksiyasında həyata keçirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində, «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyev və redaksiyanın digər əməkdaşları həbs edilib. Pravdainfo.org Mənbə: tezadlar.az
Çovdarovun evindən nələr çıxdı: 3 dəyənək, 3 ədəd 1 dollarlıq...
Çovdarovun evindən nələr çıxdı: 3 dəyənək, 3 ədəd 1 dollarlıq...
2005-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu. Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun “sağ əli” və “kassiri” sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında həbs olundu. Və MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq əşyayi-dəlillər götürülüb. Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış, yoxsa?... Virtualaz.org xəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, “vurucu-əzici xassəyə malik soyuq silahdır”, təyinatı üzrə istifadəyə yararlıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki, Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb. Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb. İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur. Beləliklə, məlum olur ki, Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...
Azərbaycanlını öldürən erməninin oğru adı alındı
Azərbaycanlını öldürən erməninin oğru adı alındı
Azərbaycanlının (onun kimliyi barədə bir qədər sonra ətraflı məlumat verəcəyik) qətlində günahlandırılan erməni Artyom Arakelyan “qanuni oğru” adından məhrum edilib. Musavat com xəbər verir ki, kriminal aləmdə Artyom Lipetskiy kimi tanınan erməni "qanuni oğru” titulunu hazırda saxlanıldığı, xalq arasında “Butırka” kimi tanınan 2 saylı Müvəqqəti İstintaq Təcridxanasında itirib. Məlumatda deyilir ki, vaxtilə Aslan Usoyanın (“Ded Xasan”) taclandırdığı erməni təcridxanada Rusiyanın cinayət aləmində məşhur olan iki qanuni oğru ilə söhbətdən sonra “soyundurulub”. Maraqlıdır ki, ermənin qanuni oğru olmadığını sübuta yetirənlərdən biri də elə ermənidir. Məlumda bildirilir ki, təcridxanada olan qanuni oğrular - Sergey Asatryan və Levan Paradze ermənini sorğu-sual ediblər. Məlum olub ki, onun kriminal aləmdən bildikləri yalnız mətbuatda dərc edilmiş statistik məlumatlardır. Məhz bu statistik məlumatları leksikonunda ustalıqla işlədən Artyom Arakelyan təcridxanada qanuni oğrunun üstünlüklərindən yararlanıb. Azərbaycanlının qatilinin əslində “heç kim” olduğu sübuta yetirildikdən sonra qanuni oğrular onu təcridxanada aşağılayıblar, döyüb-təpikləyiblər. A.Arakelyan 2011-ci ildə Lipetski vilayətinin Çaplıqın şəhərində azərbaycanlını vəhşicəsinə öldürüməkdə ittiham olunur. Rusiya mənbələri iddia edir ki, 2011-ci ilin dekabrında A.Arakelyanın öldürdüyü Abbas Abbasov Çaplıqın şəhərində “smotryayuşiy” olub. Abbas Abbasov erməninin bizneslə məşğul olması səbəbindən "oğru" adı almağı haqq etmədiyini açıqlamaq istədiyi üçün öldürülüb. Çünki yazılmamış qanunlara görə, qanuni oğrunun biznesi olmamalıdır. Əvvəl A.Abbasovu qorxutmaq istəyən Arekalyan "qanuni oğru” adı alacağı ərəfədə ifşa olunacağından qorxub. Bu səbəbdən 2011-ci ilin dekabrında “söhbət”ə çağırdığı adamı güllələyib. O, qətlin məsuliyyətini digərləri ilə bölüşmək üçün yanındakı adamlara da artıq ölmüş azərbaycanlının cəsədinə güllə vurmağı əmr edib. Bundan sonra isə cəsədi Moskva yaxınlığındakı kəndin kanalizasiya kollektoruna atıblar. Hadisədən yarım il sonra isə Ded Xasan azərbaycanlının qatilinə “qanuni oğru” adı verib. Özünün geydirmə qanuni oğru adı daşımasına baxmayaraq, o, Ded Xasanın ətrafında olan bir neçə nəfərin taclandırılmasında şəxsən iştirak edib. Artyom törətdiyi cinayətə görə hələ Ded Xasanın sağlığında 2013-cü ildə ələ keçib. Özü və onunla bərabər həbs edilənlər qətli ört-basdır etmək üçün maddi imkanlarından yararlanmaq istəyiblər, hətta bu işdən qurtulmağa çox yaxın da olublar. Amma iki uşağı yetim qalan Abbas Abbasovun valideynləri Rusiya İstintaq Komitəsinin rəhbəri general Aleksandr Bastrıkinlə şəxsən görüşə biliblər. Bundan sonra isə Bastrıkin işi aparan istintaqçılara şəxsən tapşırıq verib ki, əgər günahkarlar müttəhimlər kürsüsündə oturmasalar, onların yerinə özləri oturmalı olacaqlar...
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda