Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
19:37 10/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
11:18 06/6/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
12:57 05/6/2017
______________________________
______________________________
______________________________
______________________________
Gədəbəyin icra başçısı xəstəxanadakı yorğan-döşəyi çadırlara daşıtdırır
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda  : “O, adi bilet satan idi, acından günorta dururdu”
BEYLƏQANLI SAHİBKAR MƏMİŞOV SATDIĞI ÇÖRƏYƏ NECƏ HARAM QATIR
SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovun milyonluq yaxta və QƏSRLƏRİ
Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib
Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib
Komissiyası üzvlərinin balları arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab ediləcək Dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul etməli və bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməlidir. APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə imzalanan “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nda əksini tapıb. Bu Qayda birinci–beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının (dövlət orqanı) internet saytında yerləşdirilməli, habelə müsahibə elan edilməzdən azı 10 gün əvvəl DİM-ə təqdim olunmalıdır. DİM həmin məlumatların öz internet portalında yerləşdirilməsini təmin etməlidir. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, DİM-in bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır. Yardımçı vəzifə tutan dövlət qulluqçuları, vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları, namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları), bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər və ali təhsili olmayan şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər. Dövlət orqanında, həmin dövlət orqanının strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanında işləməyən, habelə həmin dövlət orqanına, onun strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanına ezam edilmiş, dövlət orqanının fəaliyyətinə cəlb olunmuş şəxslər müsahibə komissiyasının həmin dövlət orqanını təmsil edən nümayəndəsi kimi iştirak edə bilməzlər. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən ediləcək və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdiriləcək. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən ediləcək. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdiriləcək. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab ediləcək. Bu halda müsahibənin nəticələrinə Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda baxılacaq. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunacaq. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edəcək.
Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı apellyasiya şikayəti verib
Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşı apellyasiya şikayəti verib
Ədliyyə Nazirliyinin dələduzluqda təqsirləndirilən sabiq böyük inspektoru Tahir Şəbiyev barəsində olan hökmdən apellyasiya şikayəti verib. "Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 13-nə təyin edilib. İşə hakim Qail Məmmədovun sədrliyi ilə baxılacaq. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Qeyd edək ki, T.Şəbiyev Ədliyyə Nazirliyinin böyük inspektoru vəzifəsində çalışarkən zərərçəkmiş Mehdi Süleymanovun Bakı İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşı Sabrina Alxasovanı həbsdən azad etdirəcəyini deyərək, onun təxminən 31 min manat məbləğində pulunu alıb, lakin vədinə əməl etməyib. Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Şəbiyevin barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məclləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 312.1-ci (rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar) maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. T.Şəbiyev zərərçəkmişə vurulan ziyanı tam ödədiyi üçün onun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. T.Şəbiyevin barəsində iki il müddəti təyin olunaraq, ona şərti cəza verilib. Həmçinin məhkəmənin qərarı ilə o, 2 min manat məbləğində cərimələnib. Xatırladaq ki, S.Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır. E.Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alxasova 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
"Şəmkir Aqropark"ın işçiləri narazılıq edir - Nazirin adamlarından şikayət
Dövlətin pulları ayrılan layihədə milyonlarla manat pullar göyə sovrulur, materiallar satılır, oğurlanır, qara mühasibat hökm sürür, obyekt tamamilə başlı başınadır Redaksiyamıza "Şəmkir Aqropark"ın işçiləri adından daxil olan müraciət ölkənin I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlanıb. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik: "Salam hörmətli Mehriban xanım! Sizə müraciət etməyimizə səbəb vergilər naziri Fazil Məmmədovun obyektlərindən biri olan Şəmkir Aqropark kompleksində rastlaşdığımız haqsızlıqlar olub. Biz haqsız yerə işdən çıxarılan işçilərik. Şəmkir Aqroparkın rəhbərlərindən olan, Vəkil adlı şəxsin rəhbərliyi altında mən və yüzlərlə işçi Şəmkir Aqroparkda qeyri-rəsmi qaydada işlədilir, bizimlə heç bir əmək müqaviləsi bağlanmır. Dəfələrlə tikinti zamanı ağır xəsarətlər alaraq şikəst olmuş işçilərə kompensasiya ödənilməyib. Vəkil adlı şəxs öz mövqeyindən istifadə edərək bizim hüquqlarımızı pozur. Təşkilatda onun dediyi kimi "vergi sistemi" tətbiq olunur, işçilər 11-12 saat işlədilir, özünə rəis və müdir dedirdən Vəkilin hərbi hissələrdəki kimi "otboy" komandası olmadan işçilər evə buraxılmır, istismar edilən işçilər şikayət edəcəkləri halda işdən qovulma ilə hədələnirlər. Dövlətin pulları ayrılan layihədə milyonlarla manat pullar göyə sovrulur, materiallar satılır, oğurlanır, qara mühasibat hökm sürür, obyekt tamamilə başlı başınadır. Dəfələrlə israfçılıq və oğurluq halları müşahidə olunub. Gecələr gizli formada obyektdən tikinti materialları çıxarılaraq qara bazarda satılır. Obyekt ərazisinə çəkilən asfalt örtüyü dəfələrlə dağıdılaraq yerinə başqası salınıb. Gözlərimizin qabağında xarici ölkələrin istehsalı olan bahalı avadanlıqlar suyun altında qalıb, günəşdə qaralıb. Fazil Məmmədovun heç kimə hesabat vermədiyini, ondan sonra ikinci böyük adamın özü olduğunu elan edən Vəkil adlı şəxsin zülmündən cana doymuşuq. Biz insan kimi deyil, qara qul kimi istismar edilirik. Heç bir əmək müqaviləsi olmadan qanundan kənar olaraq 11-12 saat işlədilən hüquqsuz və alçaldılmış zəhmətkeşlərin ümid yeri siz Mehriban xanımsınız! Xahiş edirəm bizə kömək edin". Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda