Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
13:23 27/3/2017
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Gömrükdə FHN əsarəti- Vüsal Novruzovla Rəfail Mirzəyevi nə birləşdirir?
Millət vəkili Nəriman Əliyevin 300 min məsələsi - İTTİHAM VAR
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat - İDDİA
“Monolit”, “Nicat SK”, və “İlqar” MMC...İlyas Səfərov icra başçısı gedir -İddialar
“Monolit”, “Nicat SK”, və “İlqar” MMC...İlyas Səfərov icra başçısı gedir -İddialar
Bir vaxtlar Yuxarı Qarabağ Kanalı İdarəsini çapıb talamış sabiq rəis İlyas Səfərov indi yeni postunda bayram edir. Tərəfdar.Az-a daxil olan məlumata görə, İlyas Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsini tar-mar edir. Hətta deyilənə görə, İ.Səfərov bu vəzifəsindən də başqa idarəyə göndərilib və 10 gün olar ki, Su və Meliorasiya Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə təyinat verib. Vəzifələri kreslo-kreslo gəzən İ.Səfərov karyera yüksəlişi yaşadığını hiss edir və yaxın çevrəsində bəyan edib ki, qarşıdakı aylarda daha böyük bir vəzifəyə gedəcək. O, icra başçısı olmaq eşqinə düşüb və rayonlardan birinə rəhbər gedəcəyini söyləyib. İ.Səfərov arxayın şəkildə deyib ki, yaxın zamanlarda onu təbrik edəcəklər və hazırda icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxır. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birinin belə mühüm vəzifəyə təyin ediləcəyi müəmmalıdır. Üstəlik, onun adı oğlu ilə də qalmaqalda hallanıb. Oğlu Vüqar Səfərov “Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn “Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlunun içkili olduğu yazılmışdı. Özü isə bu iddiaları təkzib etmişdi. Tərəfdar.Az-a verilən məlumata görə, İlyas Səfərov dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaiti xərclədiyi qeyd edilir. Bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan İlyas Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxarıb. “Monolit”, “Nicat SK”, və “İlqar” MMC-lərin udduğu tenderlər, bu şirkətlərin kimə məxsus olması, Mingəçevir, Ağcakənddəki villalar və İlyas Səfərovun qardaşı Knyaz Səfərovun özbaşına əməlləri barədə iddialar var və araşdırmalarımız davam edir.
Laçınlılar icra başçısına qarşı üsyana qalxdı: QARŞIDURMA – VİDEOLAR
Laçınlılar icra başçısına qarşı üsyana qalxdı: QARŞIDURMA – VİDEOLAR
Laçın rayonunun müvəqqəti yerləşdiyi – Taxtakörpü qəsəbəsində rayon rəhbərliyinin özbaşınalığına, vəzifəsindən sui-istifadəsinə, məcburi köçkün və qaçqınların sosial problemlərinin həllinə laqeydsizlik göstərdiyinə görə rayonun icra başçısı Aqil Nəzərliyə qarşı etiraz aksiyası keçirilib. Taxtakörpü qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkün düşmüş sakinlərin repartyor.org-a verdiyi məlumata görə, Taxtakörpüdə keçirilən aksiya Vağazin yatağının yol infrastrukturu, sosial vəziyyətlərinin gərginliyi ilə bağlı olub. Sakinlər etiraz edərək yaşayışlarının çox ağır olduğunu bildiriblər. Aksiya iştirakçıları bildiriblər ki, Laçın RİH-nin başçısı Aqil Nəzərlinin yarıtmaz fəaliyyəti nəticəsində son zamanlar laçınlıların sosial vəziyyəti daha da ağırlaşıb. Məcburi köçünlərin sözlərinə görə, A.Nəzərli icra başçı təyin olunduğu gündən indiyədək əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir əməli tədbir görməyib, bu da əhalinin əksər hissəsinin haqlı narazılığı ilə qarşılanır. Aksiya iştirakçıları bildiriblər ki, Laçın RİH-i başçısının “qara-qura” işlərinə qardaşı Müqabil Nəzərli rəhbərlik edir. Onlar iddia edirlər ki, rayonda ədalətsiz formada aparılan kadr islahatları laçınlıların səbr kasasını daşdırıb. İcra hakimiyyətinin başçısı özünə yaxın olan bir qrup şəxsi rayonun əhəmiyyətli vəzifələrinə təyin edib, lakin savadlı, layiqli kadrların işsizlik probleminə laqeydlik göstərir. Aksiya iştirakçılarından Səfər Quliyev qeyd edib ki, Taxtakörpü ərazisində infrastruktur da biabırçı vəziyyətdədir. Belə ki, laçınlıların Taxtakörpü ərazisində yaşadıqları elə yerlər var ki, payızın gəlməsiyi ilə burada yollar bağlanır. Lil, palçıq dizə çıxır. Sakinlər burada xəstələrini at belində daşıyırlar. Onun sözlərinə görə, 2015-ci ilin aprelində şəhid olmuş Ülvin Məmmədovun dəfni zamanı da yolların biabırçı vəziyyətdə olması problemlər yaradıb.(repartyor.org)
Hansı ana öz balasını gümansız vəziyyətdə, -darda qoyar?
Hansı ana öz balasını gümansız vəziyyətdə, -darda qoyar?
Oğul hər gün işdən evə gələndə cibindən çıxardığı kağız pulu anasına verər və sonra keçib əynini dəyişərdi. Subaylığından buna vərdiş etsə də ailə qurandan sonra da bu adətini pozmadan davam etdirirdi. Buna qıcıqlanan və oğulu anasına qısqanan gəlin isə hər dəfə qarğış edər, "ehsana qismət olsun" deyərək köks ötürərdi. Min bir əzab-əzyyətlə oğul böyüdən ana hər dəfə gəlininin qarğışlarını eşitsə də özünü eşitməməzliyə vurar, balasının verdiyi pulları "dar gün" üçün toplardı. Bir gün gəlininin şiddətli ağrılardan əziyyət çəkdiyini görən ana oğluna zəng edərək onun təcili evə gəlməsini və gəlininin xəstəxanaya aparmaq lazım olduğunu bildirir. Oğul evə gəlir və vəziyyəti ağırlaşan gəlini xəstəxanaya çatdıraraq müayinə etdirirlər. Məlum olur ki, gəlinin bədənində şiş var və gəlin təcili əməliyyat olunmalıdır. Əks halda həyatı təhlükə qarşısında olacaq. Əməliyyat isə xəstəxana məsrəfləri ödənildikdən sonra mümkündür. Oğul anasının illərdir topladığı pulları xatırlayıb əminliklə həkimə yaxınlaşır və lazımi ödəniş üçün onu arxayın edib əməliyyata başlamasını xahiş edir. Sonra isə anasının yanına gəlib vəziyyəti anasına başa salır. Ana oğluna pul lazım olduğunu eşidib bir qədər qüssələnir və qəmli-qəmli başını aşağı dikib oğluna deyir. -Oğlum, məndə indi pul yoxdur. -Topladığım pulları uzaq bir qohumuma əl borcu vermişəm. -Bilməzdim ki, bizə bu qədər vacib pul gərək olar. Palatada uzanmış gəlin qayınanasının cavabını eşidəndə təbdən çıxaraq uca səslə qadını təhqir etməyə başlayır və bütün öfgəsi ilə danışır. -Sən mənim ərimin pullarını yığıb qohum-əqrabana səpələyirsən, mən isə burada can verirəm. -Sənin ucbatından ölüm ayağındayam. Qaynana gəlininin dediklərinə münasibət bildirmədən sakit dayanaraq oğlunun gözlərinin içinə baxır və onun da anasını məzəmmət edəcəyini gözləyir. Oğul isə anasının əllərini ovcuna alıb onun könlünü alır. -Eyib etməz, ana!-Yəqin ki, elə lazım olub. -Mən bir yerdən pul tapıb ödəyərəm. -Sən də pulunu geri alarsan, borcumuzu qaytarıb verərik. Gəlin əməliyyat olunmuş və bu gün xəstəxanadan evə buraxılmışdı. Qaynana sevinir, gəlininin böyük bir təhlükədən xilas olduğu üçün Allaha dua edirdi. Oğlu isə fikirli-fikirli oturub aldığı borcu necə qaytaracağını düşür, içində var-gəl edirdi. Ana oğlunun boynunu qucaqlayıb təbəssümlə üzünə baxdı. Əllərini oğlunun qəmli çöhrəsində gəzdirib, -"anan qəminə qurban, oğul" deyərək övladının "boyunu oxşadı" və sürətlə yan otağa keçib ilıq ovuclarında tutduğu güllü kəlağayının arasına bükdələdiyi topa kağız pullarla geri qayıtdı. Neçə illərdir topladığı pulları oğlunun başından səpib dolxusunaraq dilləndi. -"Dar gününə mən qurban olum sənin, oğul!" -Hansı ana öz balasını gümansız vəziyyətdə, -darda qoyar? Oğlu hələ də təəccüblə anasına baxır, sual dolu gözləri gülürdü. -Bu nədir, ana? -Bəs deyirdin. ..? Anası onun sözünü kəsdi. -Yox, oğlum. -Mən pulu heç kimə verməmişdim. -Amma sən hər dəfə mənə pul verəndə gəlinimin qarğışını qulaqlarımla eşidirdim. -Odur ki, cürət edib bu pulları sənə vermədim. -Qorxdum ki, nəsə pis bir şey olar. -Sonra səndə əzab çəkərsən, məndə. Qaynanasının dediklərini eşidən gəlin yatağında süst qalmışdı. Gözlərində isə iki damla yaş kipriklərindən asılı qalaraq donmuşdu və bu iki damla göz yaşı pəncərədən otağa düşən hərarətli günəş şəfəqlərini özündə əks etdirən bir cüt mirvariyə bənzəyirdi. Nicat Ülfətoğlu
Bu Bölmənin Digər Xəbərləri
YAZARLAR

QIZLARINI ZORLAYAN ATANIN TÜKÜRPƏDICI HƏYAT DRAMI
Cəfərovlar ailəsi 6 nəfərdən ibarət olub. Ata 1971-ci il təvəllüdlü Fazil Cəfərov, ana 1974-cü il təvəllüdlü Şəfiqə, qızları 1992-ci il təvəllüdlü Günay, 1993-cü il təvəllüdlü Sədaqət, oğlanları 1995-ci il təvəllüdlü Elvin və 1997-ci il təvəllüdlü Elşən. 1991-ci ildə Fazil ilə Şəfiqə ailə qurduqdan sonra onların aralarında bir sıra problemlər yaranır. Fazil evə tez-tez içkili gəlir. Evdə dava salaraq ailə üzvlərini döyür. Evdə hamı ondan qorxur. Qızlar atalarından daha çox qorxurlar. Ona görə ki, ataları onları demək olar ki, hər gün döyür, işgəncə verirdi. Fazil dəfələrlə Rusiyaya işləməyə getməsinə baxmayaraq, evə qazanc gətirə bilmir. O, rayonda müəyyən tikililərdə rəngsazlıq edir. Qazandığı pulları da içkiyə verir. Hər gün evə içkili vəziyyətdə gələn Fazil evdəkiləri döyərək, işgəncə verir. Belə günlərin birində – 2003-cü ilin dekabr ayında Fazil yenə içkili vəziyyətdə evə gəlir. Evdə təkcə 11 yaşlı qızı Günay olur. Günay evin birinci mərtəbəsində təmizlik işləri ilə məşğul olurmuş. Fazil qızını yuxarı çağırır. Günay işin yarımçıq qoyub, atasının yanına qalxır. Atası ondan əynindəki paltarları çıxarmasını istəyir. Günay heç nə baş düşmür. Atası onun yanına gələrək əynindəki paltarları cıraraq əynindən çıxarır. Bu zaman Günay ağlamağa başlayır. O, atasının nə üçün belə etdiyini anlamır. Tez-tez atası tərəfindən döyülən Günay atasının yenə onu döyəcəyini düşünür. Lakin atası Günayı çarpayıya uzadaraq onu zorlayır və qızlıq bəkarətini pozur. Günay hələ uşaq olduğundan bu barədə hər şeyi anlamır. Fazil onu bu barədə heç kimə heç nə söyləməmək barədə tənbeh edir. Əks təqdirdə, ona daha böyük işgəncələr verəcəyini söyləyir. Günay da belə edir. O, qorxusundan bu barədə heç kəsə heç nə demir. Bu hadisəsən sonra Fazil 15 günə yaxın müddətdə Günaya toxunmur. Lakin 15 gün keçəndən sonra yenə Günayı otağına çağırıb, bu gecə onunla yatacağını bildirir. Günay ağlamağa başlayır. O, atasına “yenə həminki kimi edəcəksən?” sualını verir. Fazil isə “qorxma daha ağrıtmayacaq” – deyə, ondan ağlamamağı tələb edir. Yenə axşam olur. Fazil axşam hamının yatdığını görüb, Günayı otağına çağırır. Yenə həmin hal təkrarlanır… Oğlunun nəvəsini zorladığını görən babanın ürəyi dayanır Bu əxlaqsızlıq düz 2009-cu ilin sentyabrına qədər davam edir. Evdəkilər bundan şübhələnir. Onlar tez-tez Günayın ağladığını görürlər. Bunun səbəbini soruşduqda isə Günay qorxusundan heç nə demir. 6 il müddətində atası demək olar ki, 2-3 gündən bir Günayla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Günlərin yenə birində Fazilin atası Qurban və Anası Fəzilət gecəni Fazilgildə keçirməli olurlar. Səhər tezdən Fazil yuxudan oyanıb Günayın yatdığı otağa gedir. İçəri girəndə Günay yuxudan ayılır. Fazil onun üstünə gəlir. Bu zaman Günay qışqırmağa başlayır. Fazil tez otağın qapısını bağlayır. Əli ilə Günayın ağzını tutub yenə onunla cinsi əlaqədə olur. Günayın otağı babasıgilin yatdığı otağa yaxın idi. Ona görə də, babası Qurban onun qışqırığını eşidir. Bundan narahat olan Qurban otağından çıxıb nəvəsi yatdığı otağa gəlir. Qapını açanda nəvəsinin lüt vəziyyətdə, oğlunu isə paltarını geyinən görür. Oğlundan nə baş verdiyini soruşanda, Fazil ona “üstünü örtməyə gəlmişdim, birdən başladı ağlamağa” deyib otaqdan çıxıb gedir. Lakin Qurban hər şeyi baş düşür. O, Günaydan heç nə soruşmur. Oğlunun bu hərəkətini görməsi Qurbanın elə həmin gün ölümü ilə nəticələnir: bu mənzərənin şahidi olan Qurbanın ürəyi tutur. Oğlunun əxlaqsızlığı barədə Qurban heç kəsə heç nə deməyə macal tapa bilmir. Evə həkim çağırsalar da, onun həyatını xilas etmək olmur. Evdə heç kəs Qurbanın nə səbəbdən öldüyünü bilmir. Qurbanın “40”-ı çıxana qədər Fazil Günaya toxunmur. Atasının “40”-dan sonra Fazil iyrənc hərəkətlərinə davam edir. Yenə qızını ölümlə hədələyərək, onunla zorla cinsi əlaqədə olmaqda davam edir. Günlərin birində Fazil yenə hamını yuxuya verib, qızı Günayı yanına çağırır. Günaya yenə onunla cinsi əlaqədə olacağını söyləyir. Bu zaman Günay ona etirazını bildirir. Fazil onu sillə ilə yerə sərərək, təpikləməyə başlayır. Bundan sonra o, iyrənc əməlini həyata keçirir. Günayın qışqırıq səsinə gələn anası Şəfiqə otağın qapısının bağlı olduğunu görür. Qapını nə qədər döyürsə, Fazil açmır. Bir müddətdən sonra Fazil otaqdan çıxır. Şəfiqə qıza nə etdiyini soruşur. Fazil sənə “dəxli yoxdur, özüm bilərəm” deyir. Şəfiqə Günaydan baş verənləri soruşur. O isə qorxusundan heç nə demir. Şəfiqə Fazilin hərəkətindən şübhələnir. Bu barədə Fazilin qardaşı Malikə deyir. Malik qardaşının hərəkətinə inana bilmir. Məsələni Fazilə danışır. Lakin Fazil heç nəyi boynuna almır. “11 yaşım olandan atam məni zorlayır” Qardaşı ilə söhbətdən sonra Fazil evinə qayıdır. Əsəbi halda evə qayıdan Fazil qızı Günayı yanına çağırıb, ona nə üçün baş verənləri başqalarına söylədiyini soruşur. Günay cavabında heç kəsə heç nə demədiyini bildirir. Fazil bu dəfə qızına daha da pis işgəncə verəcəyini söyləyir. O, qızını sillə təpik altına salaraq yenə onunla zorla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olur. Bundan sonra o, Günaya bacısını yanına çağırmağı söyləyir. Günay atasından bacısını nə üçün istədiyini soruşur. Fazil cavabında “onu da sənin kimi edəcəm” deyir. Günay buna imkan verməyəcəyini söyləyir: “Qoymaram ki, mənim başıma gətirdiklərini bacımın başına gətirəsən”. Fazil Günaya “sizi ər evinə “qız” göndərməyəcəm” deyir. Bu zaman Fazil onun saçından tutaraq yerə yıxır. Təpiklə onun ağzına vurur. Gözünün altını göyərdir. Günayın qışqırığını anası həyətdən eşidir. Yuxarı qalxan Şəfiqə qızından nə baş verdiyini soruşur. Günay hər şeyi anasına etiraf edir: “11 yaşım olandan atam məni zorlayır. Bunu kiməsə desəm məni öldürəcək. 6 ildir ki, məni demək olar ki, hər gün zorlayır. İndi də bacım Sədaqəti zorlamaq istəyir”. Günay bu 6 ildə atasının onun başına açdığı bütün oyunları anasına söyləyir. Fazilin anası: “ Zəhərlə öldür onu, biz sənə kömək edərik” Şəfiqə o biri qızı Sədaqətin də təhlükədə olduğunu görüb, uşaqları götürərək ata evinə gedir. Bu barədə atasıgilə danışır. Şəfiqə uşaqları onlarda qoyub, Fazilin qardaşı Malik gilə yollanır. Malikə bütün baş verənləri danışır. Bu vaxt evdə olan Fazilin anası Fəzilət də baş verənlərdən xəbərdar olur. Oğlunun belə bir əclaflıq törətdiyini bilən ana və qardaş Şəfiqəyə onu zəhərləyib öldürməsini təklif edirlər: “Biz sənə kömək edərik. Zəhərlə öldür onu. Bu kəndə yayılsa, hamımız biabır olarıq. Sən onu zəhərləsən, heç kəsin bundan xəbəri olmaz”. “Qızımı sənin bacın Sürəyyaya oxşadığı üçün zorlamışam” Şəfiqə evə qayıdır. O, Fazildən belə hərəkəti nə üçün etdiyini soruşur. Fazil ona “əcəb eləmişəm” deyir: “Mən sənin bacın Sürəyyanı istəyirdim. Atan onu mənə vermədi. Günay da Sürəyyaya oxşayır. Ona görə də onu eləmişəm. Bütün bu sözləri eşidən Şəfiqə Fazil üzünə tüpürür. Fazil Şəfiqəni təpiyinin altına salıb, vəhşicəsinə döyür. Şəfiqə pis vəziyyətdə evə qayıdır. Evdəkilər ona polisə şikayət etməsini söyləyirlər. Şəfiqə belə də edir. O, qızı Günayı da götürüb, rayon polis idarəsinə gedir. Bütün baş verənləri müstəntiqə danışır. “Mən onu cəzalandırmaq üçün zorlamışam” Polis əməkdaşları Fazili həbs edir. Fazil ibtidai istintaqa ifadəsində ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilir: “2009-cu il sentyabrın 5-də evdə hamı yatdığından qızım Günayı yanına çağırıb ondan kəndə gəzən söhbətlərlə bağlı soruşdum. Günaya “kənddə sənin “qız” olmadığını deyirlər, bu nə məsələdir” deyin üstünə qışqırdım. Günay əvvəlcə bunları inkar etdi. Mən ona “bunu sübut edə bilərsənmi?” dedim. Günay hər şeyi etiraf edərək qızlığının uşaqlıqda pozulduğunu söylədi”. Fazil bundan əsəbiləşərək qızını cəzalandırmaq istədiyini bildirib: “Mən onu cəzalandırmaq üçün zorlamışam”. Qızını zorlayan ata özünü… qismən təqsirli bilir Fazilin cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılıb. Məhkəmədə ifadə verən Fazil yenə özünü qismən təqsirli bilib. O, qızının əxlaqsız olduğunu söyləyib: “Mən Günayın 11 yaşı olanda onu zorlamamışam. Günay uşaq vaxtı əxlaqsızlıqla məşğul olub, öz qızlığını pozub. Mən də onu cəzalandırmaq istəmişəm. Allah belə övladı heç kimə verməsin”. Məhkəmədə ifadə verən Günayın bacısı Sədaqət atasının onu da zorlamaq istədiyini bildirib: “Məni də zorlamaq istəyib. Canımı güc-bəla ilə qurtarmışam onun əlindən”. Fazil bütün bunları inkar edir. Lakin məhkəmə istintaqında onun qızı Günayı 2003-cü dekabrından 2009-cu ilin sentyabrınadək müxtəlif zamanlarda mütəmadi zorladığı sübuta yetirilir. P.S. Məhkəmə Fazili Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-ci (), 149.2.5-ci (təkrar törədildikdə), 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.3-cü (. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 150.2.5-ci (təkrar törədildikdə) və 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə təqsirli bilərək15 il müddətinə azadlıqdan məhrum edib.
Sayğaclar




Reportyor.tv
Reportyortv.org
Reportyortv.com
Liderpersona.info
Hava haqqinda