loading...

Rusiyada “qanuni oğru” saxlandı –Üstündən saxta Azərbaycan pasportu çıxdı

29-08-2017 Baxış sayı :64
Rusiyada “qanuni oğru” saxlandı –Üstündən saxta Azərbaycan pasportu çıxdı
 

Rusiyanın Şimali Osetiya Respublikasında üzərində saxta Azərbaycan pasportu olan gürcü "qanuni oğru” saxlanılıb.

"RİA Novosti”nin verdiyi xəbərə görə, Rusiyanın Şimali Osetiya üzrə Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin yaydığı məlumatda qeyd olunur ki, "Yuxarı Lars” sərhəd buraxılış məntəqəsində gürcü kriminal aləminin liderlərindən biri saxlanılıb. O saxta sənədlərlə sərhədi keçməyə çalışıb.

"Qanuni oğru” əvvəlcə Rusiya Federasiyasının xarici pasportunu təqdim edib. Sərhədçilər sənədin doğruluğundan şübhələniblər. Daha sonra sərhəd pozucusu Azərbaycan pasportu çıxararaq onu Azərbaycan vətəndaşı kimi qeydə almağı təklif edib: "Saxlanılan şəxsin üzərində qismən və ya tam saxtalaşdırılmış bir neçə sənəd aşkar edilib və onlardan heç biri onun əsl kimliyini göstərən sənəd olmayıb”.

Daha sonra əməliyyatçılar onun Gürcüstan vətəndaşı olduğunu, həm ölkəsində, həm də Rusiyada müxtəlif cinayət əməllərinə görə dəfələrlə həbs cəzası çəkdiyini müəyyənləşdiriblər.

Saxlanan şəxsin adı açıqlanmır.