loading...

Cəlilabadda toyda məktəb direktoru döyülüb

01-09-2017 Baxış sayı :397
Cəlilabadda toyda məktəb direktoru döyülüb
 

Cəlilabadda toyda kütləvi dava baş verib.

Hadisə şəhərdə yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Dava zamanı rayonun Uzuntəpə kənd sakini Ramiz Yusubov xəsarətlər alaraq rayon xəstəxanasına yerləşdirilib.
R.Yusubov Cəlilabad rayon 4 saylı Uzuntəpə kənd orta məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.