www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Xəbərlər>Kriminal
26-03-2019, 20:38

Qadın qaynı ilə birlikdə ərini öldürüb tualetə atdı - Qəbələdə dəhşət

Qadın qaynı ilə birlikdə ərini öldürüb tualetə atdı - Qəbələdə dəhşət

Qəbələ rayonunda qaynı ilə birləşib ərini öldürən qadın və qaynı apellyasiya şikayəti veriblər.

Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə məhkum olunan Rəfiyev Vüsal və Məmmədşərifova Vüsalə Gülağa qızının məhkəmə prosesi aprel ayının 2-də Şəki Apellyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə keçiriləcək.

 

İttihama görə, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğu əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılıb.

Müəyyən edilib ki, ötən il martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Bundan sonra Vüsalə ərinin qardaşı Vüsalla birgə daşla Dursunun baş nahiyəsinə vuraraq, onu qətlə yetiriblər.

Daha sonra onlar Dursunun cəsədini həyətdəki sanitar qovşağına atıblar.

Əməliyyat tədbirləri ilə Dursun Rəfiyevin meyiti oradan çıxarılıb.

Vüsalə Məmmədşərifova və Vüsal Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq müəyyən edib ki, Rəfiyevlər ailəsi 2015-ci ildən münaqişəli ailə kimi polis şöbəsində qeydiyyatda olublar. Qəbələ rayon sakini Vüsalə Məmmədşərifova ilə Dursun Rəfiyev arasında tez-tez müxtəlif səbəblərdən söz-söhbət olub. Sonuncu dəfə də onların arasında mübahisə ailə münaqişəsi zəminində baş verib.

Dursun Rəfiyevin axtarışları ilkin olaraq Mingəçevirdə aparılıb. Belə ki, martın 25-də naməlum şəraitdə yoxa çıxan Dursun Rəfiyevin xanımı Vüsalə Məmmədşərifova ailə üzvlərinə onun işləmək üçün Mingəçevirə getdiyini deyib.

Bu səbəbdən bir neçə gün sakitlik olub. Lakin Dursunla əlaqə saxlaya bilməyən atası narahat olmağa başlayıb və polisə onun itkin düşməsi ilə bağlı müraciət edib.

Hüquq-mühafizə orqanları müəmmalı itkindüşmə ilə bağlı dərhal araşdırmalara başlayıb və özünü şübhəli aparan Vüsalə nəzarətə götürülüb.

Çox keçmədən Vüsalənin qaynı, 4 uşaq atası Vüsalla birgə həyat yoldaşını öldürdüyü məlum olub.

Xatırladaq ki, ailənin 2 azyaşlı övladı var.

Ölkə.az

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR