loading...

Vaqif Abdullayevi divara dirəyiblər- "PULUMU QAYTAR"

28-08-2017 Baxış sayı :1 362
Vaqif Abdullayevi divara dirəyiblər- "PULUMU QAYTAR"
 

Ölkə mətbuatında məmurların dəbdəbəli həyatı, onların törətdikləri qanunsuzluq və özbaşınalıqlarla bağlı çoxsaylı faktlar dərc olunub. Həmin faktlar ictimailəşdikdən dərhal sonra isə yuxarı instansiyalar həmin məmurlarla bağlı müvafiq tədbirlər həyata keçirir.

 

Amma təəssüf doğuran hal bundan ibarətdir ki, görülən bütün profilaktik tədbirlərə baxmayaraq məmur qanunsuzluqları və macəraları ara vermir. Bu sırada Beyləqan rayonunun məmur kontintenti xüsusilə fərqlənir. Belə ki, bu rayonda çalışan məmurlar haqda kütləvi kuryoz məlumatlar yayılır.

Problem idarəçilik aparatının başından yaranır. Rayon icra başçısı Vaqif Abdullayevin rayonda yaratdığı mühit belə bir şəraitin yaranmasına əsas verir. Söhbət o icra başçısından gedir ki, dəfələrlə tabeliyində olan məmurları döyməsi, təhqir etməsi haqda məlumatlar yayılıb. Rayondakı mənbənin sözlərinə görə, V.Abdullayev məmurlarla bütün sərhədəri aşıb.

Bugünlərdə isə icra başçısı ilə baxça müdürələrindən biri arasında qalmaqal yaşanır.

Reportyor.tv-yə rayondan verilən məlumatlarda deyilir ki, tikintisi iki il çəkən uşaq baxçalarından birinə bu il müdirə təyin edilib. Deylənə görə başçı həmin qadından təyinata görə 15 min manat pul alıb və söz verib ki, heç bir işinə qarışmayacaq. Yəni müdirə xanıb yeni baxçaya personalı özü təyin edəcək. Xadimə, baxıcı, dayə və sair təyinatlarına görə özü pul ala biləcək.

Ancaq belə olmayıb.

Lakin tamah icra başçısına necə güc gəlibsə o adı süpürgəçidən tutmuş tərbiyyəçi müəllimə qədər bütün itəyinatlara özü qərar verib.

Yəni, işə götürülən işçilərdən haqqı özü alıb.

Bildirilir ki, Baxçaya götürülən adi süpürgəçi və xadiməçinin qiyməti 2000-3000 manat məbləğində müəyyən edilib.

Bütün bunlar sonda baxça müdirəsin hövsələdən çıxarıb. Aldadıldığını anlayan xanım indi başçıdan öz pulunu tələb edir.

Hadisələrin gedişatı baradə xəbər verəcəyik.