loading...

“Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm”

08-09-2017 Baxış sayı :133
“Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm”
 
 

Məşhur vəkil Elçin Qənbərov hüquq müdafiəçisi Leyla Yunusun məhbəs həyatı barədə kitab yazıb. Kitab "Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu” adlanır.

Hüquq müdafiəçisi və QHT rəhbəri Leyla Yunus əri Arif Yunusla birlikdə qrantların oğurlanmasında və vergidən yayınmaqda ittiham edilib və 8 il 6 ay müddətinə həbs olunub, lakin sonradan Apellyasiya məhkəməsi onun cəzasını yüngülləşdirərək, şərti həbslə əvəz edib. Azad olunduqdan sonra hüquq müdafiəçisi əri Arif Yunusla birlikdə Azərbaycanı tərk edib.

Fəqət bir müddət sonra Yunus cütlüyü yenidən köhnə şakərinə qayıdıb – hökumətin və prezidentin siyasətini kəskin tənqid etməyə başlayıb. L.Yunus Qərbdə cəsur və qəhrəman dissident obrazında görünmək istəyir və özünü sovet totalitarizmi ilə mübarizə aparanlarla eyniləşdirir. Ən çox L.Yunus özünü əfsanəvi hüquq müdafiəçisi, Mordoviyanın həbsxanalarında dünyasını dəyişmiş, lakin bolşevik hakimiyyətinə boyun əyməmiş Marçenko ilə müqayisə edir.

Bəs Leyla Yunus kimdir? Həbsxanadan çıxmağı necə bacarıb? Hakimiyyətlə hansı razılaşmaya gedib? Öz vəkilinə və hökumət məmurlarına Qərb hökumətləri barədə nələr danışıb? E.Qənbərovun kitabı bütün bunları açıb göstərir və hüquq müdafiəçisinin qorxunc simasını ortaya qoyur. Leyla Yunus belə də deyir: "Hakimiyyət məni həbsxana yaramazına çevirmək istəyir. Mən yaramaz olmağa hazıram. Lakin azadlıqdakı yaramaz”.Hakimiyyət L.Yunusa azadlıqda yaramaz olmağa fürsət verib.

Virtualaz.org L.Yunusun söhbətlərinin və məktublarının ən maraqlı hissələrinin, onun "hakimiyyətlə mübarizə yoldaşları” barədə dediklərinin dərcinə başlayır. Lakin L.Yunusun Azərbaycanın hakim ailəsinə qarşı ənənəvi təhqiramiz tonunu nəzərə alaraq, biz dərcimizi kitabın hüquq müdafiəçisinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya məktubundan başlayırıq.

 

Əsl Leyla Yunusla tanış olun

Leyla Yunus

H.Əliyev adına Fondun Prezidenti

Mehriban xanım Əliyevaya

istintaq altında olan Leyla İslam qızı Yunus tərəfindən

Hörmətli Mehriban xanım!

Məın Sizə Milli Məclisin deputatı, qayğıkeş ana və ziyalı qadın kimi müraciət edirəm. Ailəmiz çətin sınaqlar dövrünü yaşayır. Mən və həyat yoldaşım A.Yunus həbs olunmuşuq, qızımız tək qalıb. Bilmirəm. Tale mənə neçə il ömür verib, lakin həyat yolumun sonunu ailəm arasında qarşılamaq istərdim.

Hüquq müdafiəçisi kimi bütün fəaliyyətim boyu hakimiyyəti tənqid etmişəm, lakin heç vaxt özümü onun düşməni hesab etməmişəm. Müxtəlif illərdə mənim hakimiyyətlə münasibətlərim müxtəlif cür formalaşıb, lakin mən həmişə qarşılıqlı hörmət, aşkarlıq və fikir plüralizmi prinsiplərinə sadiq qalmışam.

Sizə qarşı mən hər zaman dərin hörmət hissi keçirmişəm. Sizin təşəbbüsünüzlə amnistiya aktı qəbul olunan zaman mən, başqa hüquq müdafiəçiləri kimi, Sizə minnətdar idim!

Bilirəm, Azərbaycan vətəndaşlarının əksəriyyyəti Sizə, Heydər Əliyev adına Fondun Prezidenti kimi, kömək və ədalət naminə müraciət edirlər. Bu elə-belə deyil. Deməli, insanlara real kömək var.

30 ildən artıq müddətdə mən də insanlara kömək etməyə çalışmışam. Xarakterimin emosionallığından irəli gələrək, heç də həmişə diplomatik qaydalara riayət etməmişəm. Lakin həyat öz düzəlişlərini edir. Mən hüquq müdafiəçisi kimi fəaliyyətimi bitirdim və bacardığımı etdim, buna görə bir anın içində faktiki olaraq yetim qalan qızımın taleyini qurban verdim. Bu mənə əzab verir. Qızımdan ayrı qalmağım mənə korlanmış səhhətimdən (hepatit C, qaraciyərin parçalanması, görmənin pozulması və s.) və sərt hökmün çıxarılmasını gözləməkdən daha çox əziyyət verir.

Hörmətli Mehriban xanım!

Sizdən mənim azad olunmağıma və ailəmizin yenidən qovuşmağına yardımçı olmağınızı xahiş edirəm. Ümid edirəm ki, mənim xahişim cavabsız qalmayacaq və Sizin qəlbinizdə rəhm oyadacaq.

Hörmətlə, L.İ.Yunus, 27.05.2015”.

Vəkil Elçin Qənbərovun şərhi:

vəkil Elçin Qənbərov

"Budur – hakimiyyətlə "güzəşt edilmədən” mübarizə və yunussayağı "əyilməzlik”. Sən demə, isti bucaqda, Amsterdamın, Praqanın və ya Antalyanın komfort şəraitində oturaraq, başqalarını mübarizəyə səsləmək və özündən sovet dövrünün dissidenti obrazı yaratmaq olarmış. Lakin həbsxanaya düşmək bəs edir ki, qürur və ləyaqət yoxa çıxsın? Alçalmaq, ağır xəstəlik görüntüsü yaratmaqla ağlamaq və deyinmək, satqınlığa getmək olarmış.

Bu yaxınlarda L.Yunusun Almaniyanın Esslingen şəhərindəki çıxışını oxudum. Orada o deyir ki, "Azərbaycanda hakimiyyətə gəlmiş əyalət nümayəndələri Azərbaycanı rüsvay edir”. Ehtiyac yarananda onun üçün hakimiyyətdəkilər ziyalı, rəhmli insanlardır, qrant yemək vaxtı çatanda isə əyalət nümayəndələridir. L.Yunus bütün yaxınlarını, tanışlarını, hətta yad adamları Prezident İlham Əliyevdən və Birinci Xanım Mehriban Əliyevadan azad olunmasını xahiş etmək üçün səfərbər edib.

* * *

L.Yunusun qızına məktublarından:

"Di (Dinara – red.), təcili olaraq Qırmızı Xaçın Bakı ofisi ilə əlaqə yarat, keçən həftə onların Maksimi yanımda olub, xahiş etmişdim ki, onlar şefi olan xanım sənin məktubunu M.-ə (Mehriban Əliyevaya – red.) ötürsün. Di, bunu təcili, mayın 28-nə qədər etmək lazımdır. Həmin məktubda yaz ki, sən bir qız kimi ana haqqında özü də ana olan və qızları olan qadına yazırsan. Xəstəliklərim barədə ətraflı yaz. Dəqiq xahiş et ki, humanitar nöqteyi-nəzərdən məni azad etsinlər və dərhal Hollandiyadakı xəstəxanaya yerləşdirilim.

Qoy M. dünyada tanınmış bir qadın, UNESCO-nun xoş məramlı səfiri kimi sənə valideynlərini itirməməyə kömək etsin. Yaz ki, sən onun xeyirxah olmasına və valideynlərindən məhrum olmuş qızın kədərini anlamasına inanırsan. Məktub emosional, xəstəlik haqqında faktlarla zəngin və M.-ə böyük hörmət, onun xeyirxahlığına inamla yazılmalıdır. Hollandiya XİN-də de ki, anamın sağ gözü artıq tamam görmür. Onlardan da M. və İ.Ə.-yə (İlham Əliyevə - red.) müraciət etmələrini xahiş et. Hollandiya XİN də, Hollandiya kralı da, Hollandiya Olimpiya Komitəsi də. Hamısına yaz, onlara müraciət et ki, onlar Avropa Oyunlarının növbəti ölkəsi kimi bir xoş məram və humanizm jesti kimi 60 yaşlı xəstə hüquq müdafiəçisinin azad edilməsini və Hollandiyaya, qızının yanına getməsini xahiş edə bilərlər. Mən anlaya bilmirəm, avropalılar niyə bizə kömək etmir? Sən bizimlə görüşən, danışan yeganə adamsan. Onlara de ki, mənimlə atanın məsələsi üzrə şəxsən M. və İ.Ə.-yə yazılı müraciət etsinlər”;

"Sən Patrik Hikə (Avropa Olimpiya Komitəsinin sədri – red.) məktubun barədə heç nə yazmırsan. O, M.Əliyeva ilə daim əlaqədədir. Ona yazmamısan? Təcili yaz və poçtla yolla, xahiş et ki, UK KİV-ində dərc etsinlər. Axı o ingilisdir. Di, lütfən, indi M.Ə. və Patrikə məktublar vacibdir”;

"XİN-də (Hollandiyada – red.) səmimi və etimadla danışmağa çalış, ağlamaqdan da çəkinmə. Bəlkə naziri də görəcəksən? Təklif et ki, onlar Hollandiya Olimpiya Komitəsi ilə birlikdə Mehribana bizim Oyunlar ərəfəsində humanizm aktı kimi humanitar azad edilməyimiz barədə müraciət etsinlər! Oyunlar ərəfəsində azadlığa buraxılmaq barədə məhz M.Ə.-yə müraciəti xahiş et”;

"Mən Qırmızı Xaçla görüşdüm və onlardan sənin məktubunu Mehribana ötürməyi xahiş etdim. Çox fikirləşdim və nəticəyə gəldim ki, Avropa Oyunları ərəfəsində bu bir şansdır. Sən ona məktubunda bir ana, qadın kimi humanizm və anlayış göstərməyi xahiş etməlisən, deməlisən ki, o, sənin ananın həyatını xilas edə və bununla da insanların və Allahın minnətdarlığını qazana bilər. Qırmızı Xaç Maksim təsdiq etdi ki, şefləri Denis Duranla söhbət edəcək ki, o, öz tərəfindən I xanıma çıxış axtaracaq və humanizm göstərməsini xahiş edəcək ki, Avropa Oyunları ərəfəsində bu humanizminə görə hamı ona minnətdarlıq edəcək. Qırmızı Xaçdan Maksimlə danış, təcili məktub yaz və ona göndər. Əsas odur ki, məktublarımız inandırıcı olsun”;

"İndi Saraya (Marland – red.) və Ceynə (hüquq müdafiəçisi Ceyn Berri – red.) ümumi məktub yaz. Onlardan, ilk növbədə Saradan xahiş et ki, ümumdünya qadın təşkilatı olan AWID rəhbəri kimi təcili olaraq (Avropa Oyunlarına 59 gün qalıb) İ.Ə.-nin həyat yoldaşı – Avropa Oyunları Azərbaycan Komitəsinin Prezidenti M.Ə.-yə müraciət yazsın və xahiş etsin ki, qadın kimi humanist əsaslarla bizi azad etsin. Ona layihə - məktubun qaralamasını yaz və orada Ollanda məktubdakı arqumentləri göstər. O mənada ki, idmanı siyasətə qarışdırmaq olmaz. Mehr. Ə. TV-də deyir ki, Bakıda Dostluq, insanların xoşbəxtliyi bayramı olacaq. Məktubunu da bunun üzərində qur. Lazımdır ki, o, Saradan və onun təşkilatından M.Ə.-yə tez çatsın. Mən bir də fikirləşdim, qadın təşkilatlarından M.Ə.-yə məktub indi çox vacibdir!”;

"Saradan heç bir xəbər yoxdur? Mehribana məktub vacibdir!”;

"Di, səndən bir də xahiş edirəm, Saranın Mehriban Ə.-yə məktubunu uzatma. Vaxt heç qalmayıb. Bu isə yenə də şansdır. Mehr.Ə. Avr.Oy.-larına xoşməramlı jest edə bilər. Çox vacibdir ki, güclü qadın təşkilatı kimi AWID mənimlə atanın azadlığı tələbində fəal olsun. Saradan Mehr.Ə.-yə məktubun qaralamasını hazırla, təklif et ki, elektron poçtla və DHL-lə tez yollasın. Vaxt azdır, bu isə şansdır. Di, başa düş, Oyunlardan sonra ümumiyyətlə tam sakitlik olacaq. Biz isə burada istidən əziyyət çəkəcəyik. Brüsseldə Aİ-dən tələb et ki, bizim azad edilməyimiz barədə kəskin yazsınlar!”;

"Həyat və azadlığa şansımız azdır: yalnız Mehribanın edə biləcəyi, əgər Sara qüvvə sərf etsə, yalnız humanitar azad etmə, yenə də Mehriban, əgər Patrik Hik ondan çox xahiş etsə”;

"Düşünürəm ki. sən yenə də Mehriban Əliyevaya yazmalısan. Məktubu fikirləş və Elçinə yolla. Fikirləşək, görək onun qızlarına necə göndəririk. Onun qızlarına yazmaq variantları tap”;

"Mən belə fikirləşirəm ki, M. və İ.Ə.-yə təhdidlər yox, məhz xahişlər, humanizm göstərmək və mənimlə atanın həyatını xilas etmək xahişləri təsir edə bilər. Bəs Avroparlament, Martin Şults İ.Ə.-yə, yaxud M.-ə humanitar azadetmə ilə bağlı müraciət edə bilməz?”;

"Bax gör sənə nə məsləhət görürəm: hərgah 2019-cu ildə Hollandiya Avropa Oyunlarını keçirəcək, məhz Hollandiya XİN İ.Ə.-yə təklif edə bilər ki, xoş məram jesti etsin və 60 yaşlı Leylanı qızının yaşadığı Hollandiyaya müalicəyə buraxsın. Bu yaxşı arqumentdir və onun üstündə dayanmaq lazımdır. Norveçdə də bunu de. Qoy, İ.Ə.-dən humanistlik göstərməyi xahiş etsinlər”;

"Mütləq senatora da de, Hollandiya XİN-də də, qoy İ.Ə.-yə və M.-ə xüsusi müraciət yazsınlar ki, 2019-cu ildə Hollandiyada Avropa Oyunları olacaq və xoş məramlı jest kimi, humanitar akt kimi xahiş etsinlər ki, iki ən xəstə və qoca tarixçini, hüquq müdafiəçilərini azad etsinlər. Xahiş elə, yazıb sənə cavab versinlər ki, onlar nə etməyi düşünürlər? Axı növbəti oyunların Hollandiyada keçirilməsindən istifadə etmək olar?! Onlardan xahiş et, Di”;

"Bəlkə sən Mehribana və onun qızlarına açıq məktubla müraciət edəsən ki, qadındırlar, valideynləri ölən, həbsdə əzab çəkən qızı anlamalıdırlar. Bəlkə doğrudan onlara müraciət edəsən?! Humanitar azadetməyə variantlar axtarmaq lazımdır, bir qızın anasına görə başqa anadan və qızından xahiş etmək lazımdır”;

"Düz deyirsən, məhz İ.Ə. və onun həyat yoldaşı ilə kimsə danışıb başa salmalıdır ki, mənim səhhətimin və həyatımın xilası üçün alicənablıq və humanistliyə görə onları çox tərifləyəcəklər. İmkan varsa, qoy Sara şəxsən yazsın, ya da UNESCO ilə əlaqə yaratsın. Mehriban onların fəal elçisidir”.

"Di, sən sentyabrın 12-də (2015-ci il – red.) səfir Pskalla mənim yanımda olan Fransanın bu katibi Andre R.-lə mütləq görüşməlisən. O məndən soruşdu ki, yazılı olaraq gələcəkdə fəal işdən imtina barədə yazmağa hazırammı? Cavab verdim ki, bəli, əlbəttə! Mən yazmağa hazıram ki, mən və atan qızımızın yanına Hollandiyaya getmək istəyirik və mən təqaüdə çıxacağam, atan isə orta əsrlərin tarixindən yazacaq. O, köməyə hazır olduğunu bildirdi... Sən ondan mütləq çox xahiş etməlisən ki, o, İ.Ə.-yə humanitar azad etmə ilə bağlı müraciət etsin. O, İ.Ə-nin dostu və Fransa-Azərb. Dostluq Komitəsinin sədri kimi ona şəxsən deyə bilər ki, bizi azad etmək İ.Ə.-nin marağındadır, hamı buna görə ona minnətdarlıq edəcək. Bu həm İ.Ə.. həm də onun fransız dostları üçün yaxşı olacaq. Ona başa sal, çox xahiş et”;

"Di, mütləq Hollandiya XİN-ə get və xahiş et ki, onlar da Fransa XİN-ə yazsınlar ki, onlar bizi atanla qəbul edəcəklər, qoy Olland aprelin 24-də bunu İ.Ə.-dən xahiş etsin. İndi Ollandın səfəri ən vacib olandır, birdən hollandlara verərlər. Ollanda yaz ki, söhbət mənim atamla anamın həyatının xilasından gedir. Ollanddan çox xahiş et. Olland indi şansdır”;

"Sən Ollandın köməkçiləri, Yelisey sarayı ilə danışa bilərsən? Onlara başa salmağa çalış ki, əgər İ.Ə bizi atanla humanitar səbəblərə görə buraxsa, onu dərhal Qərbdə tərifləyəcəklər (onlar ki onun dostudur, qoy desinlər). Eyni zamanda, İ.Ə. heç nə itirməyəcək, biz axı sənin yanına gələcəyik və hüquq müdafiəsi fəaliyyətimizi dayandıracağıq”;

"Di, ABŞ-da və Avropada kimi tapaq ki, kimsə İ.Ə.-ni inandırsın ki. bizi buraxsın? Mən Ollanda ümid edirdim. Amma əbəs yerə”;

"Bakıya yaxın günlərdə dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovski gəlir. Mariam Lanskayaya (Demokratiya uğrunda milli fondun (NED) Rusiya və Avrasiya üzrə direktoru – red.), Vendiyə (Vendi Silverman, ABŞ Dövlət Departamentinin əməkdaşı – red.) mənim səhhətim barədə yaz, xahiş et ki, Malinovski bizim Oyunlar ərəfəsində xoş məramlı akt kimi azad olunmağımız barədə xahiş etsin”.

(ardı var)