www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Xəbərlər>Manşet / Dünya
7-11-2019, 10:17

Tramp “erməni soyqırımı” qətnaməsini yerə vurdu - yeni gəlişmə

Tramp “erməni soyqırımı” qətnaməsini yerə vurdu - yeni gəlişmə

Vaşinqton Ankara ilə əlaqələrin gərginləşməsini istəmir; Türkiyənin ABŞ-a qarşı istifadə edə biləcəyi mexanizmlər...

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə bəyanatlar şəklində etirazlar olsa da, praktik addımlar müşahidə edilmədi. Türkiyənin siyasi rəhbərliyi, o cümlədən rəsmi Bakı Palatanın bu qərarını pislədi.

Lakin Amerikanın ermənilərin "çörəyinə yağ çəkən” və Ankaraya təzyiq rıçağı kimi istifadə etdiyi "soyqırımı” qətnaməsi ilə bağlı Vaşinqtona hər hansı ciddi hərəkətlənməsi olmadı.

Bəzi müşahidəçilərin fikrincə, Türkiyə və ABŞ-ın ortaq istifadəsində olan İncirlik hərbi bazası ilə bağlı rəsmi Ankara addım ata bilər.

Bu qətnamənin bir ucunun da Azərbaycana gəlib dəydiyini nəzərə alsaq, belə fikirlər səsləndirilir ki, Amerika təyyarələrinin ölkəmiz üzərindən Əfqanıstana uçuşuna hər hansı məhdudiyyət qoyula bilər.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Tramp administrasiyası Türkiyə ilə münasibətlərin gərginləşməsinin əleyhinədir. Onun fikrincə, Nümayəndələr Palatasının qətnaməsi "Ağ Ev” rəhbəri tərəfindən heçə sayılıb: "Qətnamənin qəbulu ajiotaj doğurmuşdu. Türkiyə ciddi etirazını bildirdi, arxivlərin təzədən açılmasını tələb etdi.

Lakin əsas məsələ Türkiyə və Amerika arasında Suriya gərginliyindən başlamışdı. Kürd terrorçular Amerika əsgərləri kimi davranırlar, ABŞ-ın  neft quyularını qoruyurlar.

Ramiyə Məmmədova ile ilgili görsel sonucu

Amma qətnamənin qəbulunda tək erməni deyil, yəhudi lobbisi də dəstək verdi. Əslində həmin qətnamə nəticə kimi qəbul olundu, təsdiqlənmədi.

Tramp administrasiyası da "erməni genosidi” məsələsinin düzgün olmadığını açıqladı, Nümayəndələr Palatasının qətnaməsini heçə saydı.

Amerika prezidenti iki ölkə arasında əlaqələrin gərginləşməsini istəmir. Bu mənada həm ermənilər pərt oldular, həm də Ankara ilə münasibətlərin daha da pisləşməsinin qarşısı alındı".

Politoloq hesab edir ki, indiki məqamda İncirlik bazasının bağlanması gündəmdə deyil. Onun sözlərinə görə, Ankara Vaşinqtonla əlaqələrin bu həddə qədər ağırlaşmasının tərəfdarı deyil.

"Tramp administrasiyasının qətnamə barədə açıqlaması gərginliyi səngitdi və Nümayəndələr Palatasının qərarını qüvvədən salmış oldu”, - deyə ekspert vurğuladı.

Analitik Natiq Miri Tramp administrasiyasının açıqlamasını gecikmiş addım kimi qiymətləndirir. Onun fikrincə, Nümayəndələr Palatasında qondarma soyqırımı haqda qətnamənin qəbulundan dərhal sonra Tramp müttəfiq ölkə olan Türkiyə ilə münasibəti pozmamaq üçün açıqlama verməliydi.

"Görünür, Tramp təzyiq altındadır. Lakin nəzərə alınmalıdır ki, YPG silahlılarının Suriyada təhlükəsizlik zonasından çıxarılması barədə Türkiyə və ABŞ arasında anlaşma var. ABŞ-ın üzərinə götürdüyü öhdəliklərdən biri də Türkiyəyə qarşı sanksiyaların ləğvidir.

Buna rəğmən, Türkiyənin Suriyada hərbi və diplomatik uğurunun ardınca sanksiyalar və qondarma soyqırımı tanımaq məsələsi Amerikada meydana çıxır. Bu hadisələr göstərdi ki, məsələ erməni lobbisinin könlünü almaq deyil, Türkiyə düşmənliyini sürdürən qüvvələrin işidir. Tramp administrasiyasının bu açıqlaması, sadəcə, Türkiyənin könlünü almaq xarakteri daşıyır", - deyə N.Miri qeyd etdi.

Ekspertin sözlərinə görə, noyabrın 13-də Ərdoğanın Amerikaya səfəri planlaşdırılır: "Bu səfərin baş tutacağı dəqiqləşməyib. Amerika bir mərkəzdən idarə olunmayan ölkəyə çevrilib. Tramp Türkiyə ilə anlaşır, Pentaqon isə yenə terrorçuları maliyyələşdirir, silah verir.

Hesab edirəm ki, yaxın günlərdə Trampla Ərdoğanın telefon danışığı olacaq. Türkiyə prezidenti həmkarından bəzi zəmanətlər istəyə bilər.  Yalnız o halda Ərdoğanın Amerikaya səfəri baş tuta bilər".

Politoloq Türkiyənin əlində ABŞ-a qarşı təzyiq mexanizminin mövcud olduğunu düşünür: "Proqram çoxdan işlənib. Biri də NATO-nun hərbi bazasıdır. Amerika qoşunlarının çıxarılması gündəmə gətirilə bilər. Amma bunu etmək indi tələskən qərar olardı”.

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Əli Həsənov:
Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək