www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Xəbərlər>Manşet / ÖLKƏ
8-11-2019, 11:41

Gələn ilin büdcəsi əhalininüzünü güldürəcək

Gələn ilin büdcəsi əhalininüzünü güldürəcək
Pərviz Heydərov: "2020-ci ildə büdcəmiz iki səbəbdən daha çox sosialyönümlü olacaq”

Milli Məclis komitələri 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsini bitirərək, onu parlamentin plenar iclasının gündəliyinə tövsiyə ediblər. 

Qeyd edək ki, dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500,0 min manat, xərcləri isə 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır. Büdcə xərcləri 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur. Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz bəndi və ya 2 milyard 664,2 milyon manat çoxdur. Gələn il büdcədə Sosial müdafiə və sosial təminat xərclərinin 3 milyard 244 milyon 591 min 912 manat olması nəzərdə tutulur.

Onu da qeyd edək ki, prezidentin müvafiq sərəncamları ilə minimum əmək haqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq-mühafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əmək haqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını şərtləndirib. Belə ki, 2020-ci ildə əməyin ödənişi üzrə xərclər - 6 milyard 723,4 milyon manat, təqaüdlər və sosial müavinətlər üzrə xərclər - 3 milyard 213,4 milyon manat (o cümlədən Dövlət Sosial Müdafiə Fonduna transfert 1 milyard 426,9 milyon manat), icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər - 902.9 milyon manat, ərzaq məhsullarının alınması və təminatı xərci - 414,0 milyon manat və digər sosialyönlü xərclər 81,2 milyon manat təşkil edəcək.

Göründüyü kimi, büdcədən sosialyönümlü xərclərdə ciddi artım olacaq. Bu artımlardan sonra Azərbaycan büdcəsini sosialyönümlü adlandırmaq mümkündürmü? Dövlət büdcəsi sosial dövlət anlayışına nə qədər uyğun gəlir? Sualları cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, bu il ölkədə həyata keçirilən iki böyük sosial paket büdcədən sosial sahəyə ayrılan xərclərin kəskin artımına səbəb olub: "Azərbaycanın dövlət büdcəsini sosialyönümlü hesab etmək olar. Ona görə ki, bizdə həmişə dövlət büdcəsinin xərclərinin böyük bir hissəsi əmək haqqı, pensiya və digər sosial ödənişlərin maliyyələşdirilməsinə sərf olunur. Düzdür, əvvəlki illərdə - neftin qiyməti və hasilatı yüksək olan vaxtlarda dövlət investisiya qoyuluşuna dövlət büdcəsi xərclərində qeyd etdiyim sosial xarakterli xərclərdən daha çox vəsait ayrılıb. Lakin gələn ildən sosialyönümlü xərclərin xüsusi payı daha yüksək olacaq. Bunun da əsas səbəbi bu il ərzində minimum əmək haqqı və pensiya məbləğində 2 dəfə artımın aparılmasıdır. 

Nəticədə minimum əmək haqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata yüksəldi. Bu, büdcə təşkilatlarında çalışan 600 min nəfərə qədər insanın əmək haqqının artmasına səbəb oldu. Bundan əlavə, prezidentin sərəncamları ilə əksər digər dövlət qurumlarında çalışanların da əmək haqqı artırıldı. Bütövlükdə bu il atılan sosial xarakterli addımlar 4 milyon nəfərdən çox insanı əhatə edir, maliyyə tutumu isə 2 milyard manatdan yuxarıdır. Bu artımların hamısı növbəti ilin büdcəsində sosial xərclərin daha böyük həcmdə artmasına şərait yaradır”.

Ekspertin sözlərinə görə, gələn ilin dövlət büdcəsinin daha çox sosialyönümlü olmasına təsir edən ikinci amil 2020-ci ildə də əmək haqqı və pensiya məbləğlərində gözlənilən artımlardır: "Əmək haqqının hansı sahələrdə artacağı hələ dəqiq bilinmir, amma bunun üçün büdcədə vəsait nəzərdə tutulub və Milli Məclisin komitələrindəki müzakirələrdə maliyyə naziri də bunu deyib. Pensiyalara gəlincə, artım kifayət qədər yüksək olacaq. Bildiyiniz kimi, hər il pensiyalar əvvəlki ildə orta aylıq nominal əmək haqqının artımına uyğun indeksasiya olunur. Minimum əmək haqqı məbləğindəki builki artımlar nəticəsində ölkə üzrə orta aylıq əmək haqqında ciddi artım baş verib. Bu isə yanvardan pensiyaların həmin həcmdə indeksasiya olunacağı deməkdir. Beləliklə, qeyd etdiyim iki səbəbdən 2020-ci ilin dövlət büdcəsi daha çox sosialyönümlü olacaq”.

P.Heydərovun sözlərinə görə, Azərbaycanın sosial dövlət olduğunu söyləmək hələ tezdir: "Azərbaycan sosial dövlət modelinə nail olmaq istəyir, bu istiqamətdə irəliləyir. 

Düzünü deyim, mən ölkəmizin tam sosialyönümlü olmasını da istəmirəm. Dövlət büdcəsindən investisiya xərclərinin olması lazımdır. Lakin ümumilikdə iqtisadiyyata, xüsusilə də qeyri-neft sektoruna qoyulan investisiyaların əsas hissəsinin dövlət vəsaiti olması düzgün deyil. Azərbaycanda təəssüf ki, biz iqtisadiyyata özəl investisiyaların cəlbi sahəsində çətinliklər yaşayırıq. Bunu hökumət müşavirəsində dövlət başçısı da mənfi tendensiya kimi qeyd etdi. Lazımdır ki, qeyri-neft sektoruna özəl investisiyalar dövlət investisiyasından daha yüksək olsun. Lakin mən dövlət büdcəsi xərclərinin tamamilə sosialyönümlü olmasının da tərəfdarı deyiləm. Elə sahələr var ki, özəl sektorun ora marağı olmasa da, dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Belə sahələrə dövlətin özünün investisiya etməsi vacibdir”.

Ekspertin fikrincə, bu gün Azərbaycan dövlət büdcəsinin tam sosialyönümlü olmasından daha çox, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılmasına çalışmalıdır: "Büdcə gəlirlərinin təmin olunmasında neftdən asılılıq ciddi şəkildə azaldılmalıdır. Çünki neft gəlirlərindən asılılıq büdcənin sosial xərclərinin qarşılanmasını risk altına alır. Kəskin qiymət azalması büdcənin cari xərclərinin ödənməsində problemlərə səbəb ola bilər. Neft pullarının büdcə gəlirlərində payı 30-35 faizə enməlidir ki, sosial xərclərdə dayanıqlıq yaransın”.
Reportyor.tv
скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Əli Həsənov:
Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək