www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet / ÖLKƏ
11-11-2019, 14:00

“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?

“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?

Sizcə, İlham Əliyevin oktyabrda imzaladığı fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməsindən ən çox uduzan kim oldu? Bəli, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənov. Həmin Komitə bundan sonra İqtisadiyyat Nazirliyinin tabeliyində Xidmət kimi fəaliyyət göstərəcək. K. Həsənovun isə həmin Xidmətdə çalışıb-çalışmayacağı məlum deyil. Həsənovun adını ona görə ilk sırada çəkirik ki, bu adam həmin komitənin başına keçəndən sonra ölkənin ən böyük oliqarxlarından birinə çevrilib. Onun Komitəyə sədrlik etdiyi 14 il müddətində təkcə özü yox, qardaşları və qohum-əqrəbaları da böyük biznes sahibi olub. Qardaşının direktor olduğu "Azinko” holdinq, demək olar ki, ölkədə tikinti-inşaat işlərini nəzarətə götürüb. Kərəm Həsənovun Komitə sədri təyin olunmasından 9 ay sonra təsis olunmuş Holdinqə 5 şirkət daxil idi- "Atilla İnşaat” MMC, "Zəfər KO” MMC, "AZ-İN-KO” MMC, "Nəsildən Nəsilə” MMC, "Regional İnşaat” MMC. O ərəfədə sabiq İqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus "Azpetrol” holdinqin çökdürülməsinə start verilmişdi. "Azinko” "Azpetrol”dan sonra yaranan boşluqdan istifadə edib bazara girdi və böyük uğurlara imza atmağa başladı. Bu uğurların arxasında beli yuxarılara bağlı olan Kərəm Həsənov dayanırdı.

 

Fərhad Əliyevin xəyanətkar dostu, MTN şefinin "işverəni”

 

Komitə sədri təyinatından əvvəl İqtisadi inkişaf naziri Fərhad Əliyevin müavini olmuş Həsənovun uğur karyerası xəyanətlə başlanıb. O, illərlə dostluq etdiyi insana, Fərhad Əliyevə qarşı məmnuniyyətlə ifadə verməklə uğur karyerasına yol açıb. Onun həbsindən sonra əlinə keçən fürsətdən yararlanıb, keçmiş nazirin bütün müəssisələrlə bağlanmış müqavilələrini ləğv etdirib, onların fəaliyyətinə nəzarəti öz üzərinə götürüb. Nazirin yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələrini əlindən alıb, bir hissəsini öz yaxınlarının adına keçirilib. Həsənovun böyük oliqarx kimi ulduzu belə parlamağa başlayıb. Əlbəttə, sədr təyin olunduğu Komitə ona gələcək əlaqələrin yaranmasında, böyük varidatın ələ keçirilməsində, biznes şəbəkəsinin qurulmasında açar rolunu oynayıb. Adam sonra vəzifə yerini daha da bərkidib, hakimiyyətdə güclü bağları olan adamlarla qohum və ya dostluq əlaqələri qurub. Gəncə İH-nin keçmiş başçısı Elmar Vəliyevlə quda olub, sabiq MTN şefi Eldar Mahmudovun qılığına girib lap yaxınına getməyi bacarıb. Eldar Mahmudov "vurulanda” çoxları onunla da haqq-hesab çəkiləcəyini gözləyirdi. "MTN işi” prosesində Həsənovların sorğu-sual edildiyi xəbərləri də yayılmışdı. Zamanında media onu Mahmudovun "işverəni” adlandırmışdı. O, dövlət əmlakını özəlləşdirən şəxslərin siyahısını MTN-ə ötürməklə, Mahmudova külli miqdarda pullar qazandırırmış. Onun qardaşı Malik Həsənovun da MTN şefinin siyahısından olan deputatlar sırasında yer aldığı deyilir.

 

Haram milyonlarla qurulan biznes imperiyası

 

Mətbuatda dəfələrlə Kərəm Həsənovun sədrlik dövründə əldə etdiyi, dəyəri yüz milyonlarla ölçülən böyük obyektlərin, mülklərin, mənzillərin siyahısı dərc edilib. O, bu haram pulların böyük bir hissəsini minlərlə insanın qanından-canından çıxan "kupca biznesi” sayəsində qazanıb. Başqa bir tərəfdən, Həsənovlar ailəsinə məxsus "Azinko Holdinq” şirkətinin "şöhrəti” ölkənin sərhədlərini belə aşıb. Bir müddət öncə Beynəlxalq Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) son araşdırmasında Malik Həsənovun da adı keçirdi. Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Cəlilabaddan mandat almış Malik Həsənovun da adı var idi. Avropada təkcə M. Həsənovun yox, qardaşı K. Həsənovun da çox sayda daşınmaz əmlakı var. Hər kəs bilir ki, "AZINKO-holdinq”in prezidenti deputat Malik Həsənovun Dubayda qurduğu biznes şəbəkəsi, əslində, Kərəm Həsənovundur. Son zamanlar Həsənovların Bakıdakı kiçik obyektlərini satıb, pulları Dubayda biznesə yatırdıqları da deyilir. Məlumatlı mənbə onların əmlakının bir hissəsini Dubaya daşıması məsələsinə də aydınlıq gətirib. Malik Həsənov yaxın ətrafına deyibmiş ki, vəziyyət yaxşı deyil, arzuolunmaz situasiya yarana bilər. Ona görə də hər ehtimala qarşı tədbir görmək lazımdır, riskə getməyə dəyməz. Deyilənə görə, onlar Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və vergilər naziri Fazil Məmmədovun aqibətindən dərs almağa başlayıblar. Həsənov sabiq iqtisadi inkişaf nazirlərinə məxsus nəhəng holdinqlərin aqibətini də unutmayıb hər halda. Adam düşünür ki, "AZINKO-holdinq” də Fərhad Əliyevə məxsus "Azpetrol” və Heydər Babayevə məxsus "ABU-holdinq” kimi bir anın içində alınaraq başqa şəxslərin əlinə keçə bilər.

Şübhəsiz, həyatdakı bütün əməllər bumeranqdır, yaxşılıq da, pislik də zamanla insanın özünə qayıdır. Kərəm Həsənov kimi bu xalqın naləsi, əzabı, göz yaşı üzərində xaniman qurmuş cinayətkarlar nə vaxtsa haqq etdiyi cəzanı almalıdır. O, vəzifə üçün təkcə öz dostuna deyil, xalqına da dönüklük etmiş adamdır. Dövlət adından sui-istifadə edib minlərlə insanın həyatını cəhənnəmə çevirən belə adamları bağışlamaq olarmı?.Azadlıq.info

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR