www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Xəbərlər>Manşet / Dünya / Bölgə
12-11-2019, 09:29

İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR

İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR

İsveçin ikinci ən böyük şəhəri olan Göteborqda "Vitt Hem” (Ağdam – tərcüməsi) restoranının açılışı olub.

AzEuroNews.com xəbər verir ki, "Ränndarch 1, 417 67 Güteborg” adresində yerləşən restoranın menyusu zəngindir.

Hətta restoranın müştərilərinə təqdim etdiyi zəngin menyunun içərisində "Qarabağ” və "Xarıbülbül” adlı xüsusi pizzalar da var.

Restoranın sabibi, İçveçdə yaşayan həmyerlimiz Kənan Hacıəkbəroğlunun sözlərinə görə, menyular xüsusi olaraq tərtib olunub: "Menyumuzda Ağdam çay evinin şəkli var. İki pizzamız "Qarabağ” və "Xarıbülbül” adlanır. Evlərə çatdırılma xidməti göstəririk. Bu o deməkdir ki, biz hər evə Qarabağ olaraq gedirik. Bəzən müştərilərimiz həm restoranda olarkən, həm də evdən zəng vuraraq menyudakı Ağdam çay evinin şəkli ilə maraqlanırlar. Təbii ki, biz də sevə-sevə onlara məlumat veririk”.

K.Hacıəkbəroğlu bildirib ki, Avropanın digər ölkələrində olduğu kimi İsveçdə də erməni diasporası çox güclüdür: "Ermənilər hansısa bir şirkət və ya restoran açarkən qondarma respublikalarının adını qoyurlar. Və ya şirkətin loqo və afişalarında qondarma respublikalarının bayrağı təsvir olunur. Eyni zamanda qondarma respublikalarını tanıtmaq üçün durmadan çalışırlar. Təəsüflər olsun ki, biz azərbaycanlılar bu məsələdə çox passivik. Torpağı işğal olunan, yurd-yuvasından didərgin düşən, yüzminlərlə şəhid verib, soyqırıma məruz qalan bizik. Ancaq bunu nə deyirik, nə də öz hüququmuzu müdafiə edə bilirik. Mən Qarabağ adında bir şirkəti də İsçevdə rəsmi qeydiyyatdan keçirmişəm və gələcəkdə onunla bağlı da planlarım var. Restoran isə, sadəcə bir başlanğıcdır. Düşünürəm ki, bizim əhatimizdə olan insanların çoxu İsveç cəmiyyətinə tam şəkildə inteqrasiya olublar. Onların yüksək potensialı və enerjisi var. Gələcəkdə Qarabağ problemi, azərbaycanlıların haqlı davasını İsveç cəmiyyətinə təqdim etmək, bu yöndə durmadan təbliğat aparmaq üçün layihələr həyata keçirəcəyik. Bu əsasən mədəniyyət sahəsi üzrə olacaq. Çünki Avropada birinə bir-iki söz deyirsən 10 metr səndən aralaşdan sonra unudur. Ancaq bir film, bir teatr səhnəsi, konsert proqramı və ya ədəbi gecə təşkil edib konkret otaya iş qoyanda orda səsləndirilən fikir, ifadə və reallıqlar sanki daş kitaba həkk olunur”.

K.Hacıəkbəroğlu bildirib ki, növbəti aylarda sırf Azərbaycan yeməklərinin olduğu zəngin menyuya sahib daha bir restoranın açlışını edəcəklər.

Məlumat üçün bildirək ki, Kənan Hacıəkbəroğlu əslən Azərbaycanın Ağdam şəhərindəndir. Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Sənan Rüstəmov adlı qardaşı qəhərmancasına şəhid olub.

O, əfsanəvi döyüşçü Hacı Əkbər Rüstəmovun oğludur.

 

 

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR