www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet / Baş xəbər
18-11-2019, 15:13

Generalın maaş kartı girov qoyulub

Generalın maaş kartı girov qoyulub
Bir neçə gün bundan əvvəl aktualxeber.az saytında "Texniki Universitetdə rüşvət qalmaqalı” başlıqlı məqalə dərc olunmuşdu.

Məqalədə qeyd olunurdu ki, redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Bakı şəhər sakini Nağıyeva Nərgiz Əli qızı iddia edir ki, Azərbaycan Texniki Universitetinin "İnformasiya texnologiyalari və proqramlaşdırma” kafedrasının müdiri Zəfər Əli oğlu Cəfərovun ondan həmin kafedraya işə düzəltmək adı ilə 10 min manat pul rüşvət alaraq aldadıb. Uzun müddət keçsə də Zəfər müəllim nə xanımı işlə təmin edib, nə də onun pulunu qaytarıb. O, nə telefonlara cavab verir, nə də onu iş yerində tapmaq mükün deyil. Əlavə olaraq şikayətçi bildirir ki, o tək deyil və bir çox vətəndaşlar orada olan geniş bir şəbəkənin qurbanına çevriliblər. Bizə müraciət edən xanım bu faktın ictimailəşməsindən sonra yeni rektorun və əlaqədar qurumların günahkarın cəzalandırılması üçün lazımi tədbir görəcəklərinə, həmçinin ona dəyən ziyanın ödənilməsinə kömək edəcəklərinə ümid edirdi.
Aktualxeber.az-ın redaksiyasına şikayətçi xanım tərəfindən yeni maraqlı məlumatlar daxil olub. Onlardan ən maraqlısı və təəccüblüsü Zəfər Cəfərovun ona pul əvəzinə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsini daşıyan Texnika elmləri doktoru, professor İqbal Alıcan oğlu Babayevin məvacib kartını verməsidir. Z.Cəfərov məsələdən İ.Babayevin özünün də xəbəri olduğunu bildirib. Kart DGK generalının adına olduğu üçün həmin xanım onunla əlaqə yaradıb və general kartın ona verilməsindən xəbərdar olduğunu, lakin məvacibinin nə qədər olmasından belə xəbərsiz olduğunu da deyib. İ.Babayev vətəndaşa bildirib ki, məvacib kartını özü Z.Cəfərova verib ki, universitetdə tələb edilən xərclərin ödənilməsinə sərf etsin. "Məvacibinizin nə qədər olduğunu bilirsinizmi?”- sualına isə general 100-200 manat deyə cavab verib. Amma əslində generalın məvacibi 800 manat olub. Kart xanıma verildikdən iki ay sonra isə ora pul köçürülməsi dayandırılıb. Buradan da görünür ki, aldadaraq vətəndaşdan alınan vəsaiti geri qaytarmaqdan imtina edən Z.Cəfərov tutduğu vəzifəsindən sui-istifadə edərək dövlətə yüksək məbləğdə ziyan vurur. İşə gəlməyən özünə yaxın adamların adına bank kartları açdırara pul köçürüb mənimsəyir və ya məcburiyyət qarşısında qaldıqda bu kimi hallarda istifadə edir. Ümidvarıq ki, bu faktı Dövlət Gömrük Komitəsinin rəhbərliyi və prokurorluq orqanları yerindəcə araşdırıb lazımi tədbirlər görəcəklər. Çünki bu yaxınlarda deputat vəsiqəsini girov qoyanın aqibəti hamıya məlumdur.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.(Aktualxeber.az)скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR