Son zamanlar Ağdam rayonuna təyin olunan icra başçısı Vaqif Həsənovun alqışa layiq addımları davam etməkdədir. Belə ki, Ağdama neçə illər boyu təyin olunan icra başçıları içərisində Vaqif Həsənov kimisinin gəlmədiyini Ağdamlıların dilindən dəfələrlə eşidilir və sosial şəbəkələrdə paylaşılır. Belə ki, Ağdamın indiki icra başçısı Vaqif Həsənovun təşəbbüsü ilə neçə illərdir təmirsiz və qapısı qfıllı qalan Xındırıstan kəndində yerləşən məscidində təmirinə başlanılıb. Bu təmirin başlanılması demək olar ki, bütün Ağdamlıların icra başçısı Vaqif Həsənova olan rəğbətinin birə min artmasına səbəb olub.
Reportyor.tv olaraq az zamanlarda Ağdama İcra Başçısı kimi təyin olan Vaqif Həsənovun işlədiyi müddətdən bu günə kimi görülən işlərin böyük açıqlaması ilə siz oxuculara məlumat veriləcək.
Nəsimi Zahidoğlu
скачать dle 10.6фильмы бесплатно