Sumqayıt şəhərinin 70 illiyi münasibəti ilə n şəhərin Azərbaycan prospekti boyunca hərbçilərin və şəhər ictimaiyyətinin iştirakı ilə parad keçirilir. Musavat.com xəbər verir ki, şəhər başdan-başa Azərbaycan bayrağının rəngləri və "Sumqayıt - 70" yazıları ilə bəzədilib. Hazırda parad davam edir.
Bu gün həmçinin saat 18:00-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert və atəşfəşanlıq təşkil ediləcək.
Xatırladaq ki, 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib.
Əli Rais,
Musavat.com
Fotolar müəllifindir
скачать dle 10.6фильмы бесплатно