"Nə xoş ki,iz Qafqazada yaşayırıq və ölkələrarası dostluğa öz töfhəmizi verə bilirik”
"Kanal32” İnformasiya Agentliyinin Moskva bürosunun rəhbəri Sənan Həsənoğlu Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri,Qaraçay-Çərkəz respublikasının müftisi Hacı İsmayıl Berdiyevlə görüşüb.Görüşdə Qaraçay-Çərkəz respublikasındakı Azərbaycan diasporunun rəhbəri İlham Əhmədov da iştirak edib.Hacı İsmayıl Berdiyevlə Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərindən danışıb:"Nə xoş ki,iz Qafqazada yaşayırıq və ölkələrarası dostluğa öz töfhəmizi verə bilirik.bizim dinimiz İslamın elə əsl mahiyyəti bəşəri dəyərlər,sülh,əminamanlıq,ali səviyyədə insani münasibətlər və qırılmaz dostluq prinsipləri üzərində qurulub”.
O həmçinin,Azərbaycan Prezidenti İlham Əliyevin ona göstərdiyi diqqət və ehtiramı xüsusi vurğulayıb.Məhz bunun nümanəsi kimi Preizdent Əliyevin onu Azərbaycanın "Dostluq”ordeni ilə təltif etdiyini deyib.


Azərbaycan diasporunun rəhbəri İlham Əhmədov və telejurnalist Sənan Həsənoğlu müfti Hacı İsmayıl Berdiyevə səmimi görüş üçün öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki,yaxın günlərdə Qaraçay-Çərkəz respublikasının müftisi Hacı İsmayıl Berdiyevlə olan özəl müsahibəni oxuculara təqdim edəcəyik…
Sənan Həsənoğlu
скачать dle 10.6фильмы бесплатно