www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet / Bölgə
19-11-2019, 17:07

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir, onların müraciətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova noyabrın 19-da Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad olunub.
Ağdam, Tərtər və Bərdə rayonlarından olan sakinlərin iştirak etdikləri qəbulda qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, boşanmaların yaratdığı problemlər və sair kimi məsələlərə bağlı müraciətlərə baxılıb.
Qəbulda vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Qəbula gələnlər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Komitə sədri Hicran Hüseynova Ağdam rayonunun fəal qadınlarının bir qrupu ilə görüşüb. Görüşdə komitənin sədri Hicran Hüseynova ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Eyni zamanda, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular ətrafında müzakirələr aparılıb. 
 
Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR