www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Xəbərlər>Manşet / Foto
2-12-2019, 08:16

Allah xatirinə, 30 il deputatmı olar; üç çağırış ard-arda spikermi olar...

Allah xatirinə, 30 il deputatmı olar; üç çağırış ard-arda spikermi olar...

Son günlər rəngarəng siyasi gündəmimizdə sualların da sayının artdığını etiraf etməliyik. Siyasi həyat «pık-pık» qaynayan qazanı xatırladır. Jurnalistlərə də bu soyuq havalarda «gün doğub»- mövzular artıb, hələ qarşıda parlament seçkiləri də varsa, əlimizi bir-birinə sürtə də bilərik, demək bizim evlərdə də isti qazanımız olacaq.

Əsas odur ki, obyektivlik hissini itirməyək, qərəzdən uzaq olaq.

Parlament seçkilərinin 8-9 ay önə alınmasında xüsusi səbəb axtarmayanları başa düşmək olar. Amma adını nə qoyursan qoy, necə izah edirsək-edək, bu erkən seçkidir və keçirilməsini zəruri edən bir çox səbəblər var. Bu səbəblərin bəziləri haqda indilikdə net yazmaq mümkün deyil. Çünki hakimiyyət bizi təəccübləndirməkdə davam edir. Ölkə yeni bir keçid astanasındadır, əksəriyyətdə yaxşılığa doğru böyük ümidlər yaranıb. Yada salaq ki, hələ ilin əvvəlindən seçkilərlə bağlı söz-söhbət vardı. YAP funksionerləri bu suala cavab verməkdən bezmişdilər. «Növbədənkənar seçki olmayacaq», deyirdilər. Amma daha ciddi təhlilçilər seçkinin önə alınacağında israr edirdilər. Onların isə arqumenti bu idi ki, ölkədə ciddi kadr və struktur dəyişikliyi gedirsə, parlamentin də yenilənməsi zəruridir. Ötən həftə isə gözlənilmədən YAP Siyasi Şurası və hakim partiyanın deputat korpusu bildiyimiz qərarı verdilər. Şəxsən məni bu məsələdə YAP-çıların «ağzının möhkəm» olması daha çox təəccübləndirdi. Bir nəfər kimi - baxmayaraq ki, bəziləri işsizdir- müzakirə ediləcək məsələni son anadək gizli tuta bildilər.

O da istisna deyil ki, onların bir çoxu partiya həyatından uzaq düşüblər və proseslərdən xəbərsiz olublar. İkinci mühüm məqam budur ku, Prezidentin də parlamenti buraxmaq səlahiyyəti var, bunu arqumentləşdirmək olardı. Ancaq bu işi elə YAP deputatları özləri görməli oldular. Onlar-hansı ki, artıq bəziləri «idman edirik, sağlamıq» deyə, məsələni başqa müstəviyə çəkirdilər, onlar özləri dəyişiklik üçün müraciət etdilər. Bəs, ölkəyə necə parlament lazımdır? Altıncı çağırış Milli Məclisin tərkibi necə olmalıdır? Ukrayna prezidenti Zelenski siyasətdə naşı biridir, amma onun Ali Radanın deputatlarının toxunulmazlıq hüququnu ləğv etməsi çox doğru qərardır. Azərbaycanda toxunulmaz şəxslər siyahısında niyə deputat da olmalıdır? Məntiqli cavab bilən varmı? Bəzən 2-3 min seçicinin səsini qazanmış şəxs niyə 5 il toxunulmaz olmalı, üstəlik, əlavə səlahiyyətlər əldə etməlidir? Niyə? Deputat bir dairənin, bir obanın, kəndin təmsilçisidirsə, onu Həsəndən, Hüseyndən fərqli edən nədir? Deputat axı diplomat deyil, deputat yolçəkən, pulpaylayan da deyil axı…Deputatın konkret vəzifələri var və bunların heç biri onu nə toxunulmaz, nə fövqəladə səlahiyyətli edir. Bu səbəbdən də parlament mandatını girov qoyanlar da olur, «toxunulmazam» deyib, biznes quranlar da, 5 il susanlar da… Parlamentdə səviyyəli,savadlı adamlar mandat yarışına girməlidir. Bir dəfə yazmışam, yenə təkrarın ziyanı yox: Azərbaycan cəmiyyətində 125 yox, 125 min səviyyəli, qanunverici orqanda həm seçiciyə, həm dövlətə xidmət edəcək
layiqli namizəd tapmaq olar.

Keçmiş sovetdənqalma pis ənənə var: idmançılara, tanınmış müğənnilərə mükafat kimi mandat da verirlər. Ayıb bir iş vallah… Onlar da vətəndaşdırlar, seçilmək hüquqları var. Ancaq Allah xatirinə, 30 il deputatmı olar? Üç çağırış ard-arda spiker olmaqmı olar? Hələ səsi çıxmayan, parlament jurnalistlərinin belə çətinliklə tanıdığı deputatmı olar?

Parlament ciddi yenilənməlidir. İqtidarın da buna qərar verdiyi görünür. Yoxsa, niyə erkən seçkiyə zərurət olsun ki? Bizə mikrofon üstə dalaşanlar, bir-birlərinə yumruq atanlar, seçicinin etimadını deyil, özünün rahatlığını düşünənlər, qanunları deyil, qanunsuzluğu seçənlər lazım deyil. Altıncı çağırış Milli Məclisin tarixdə ən demokratik seçki, ən ləyaqətli insanların təmsil olunduğu parlament olacağına inanmaq istəyirik. Bunun üçün əsaslarımız və ümidlərimiz var…

 

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR