www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet / Foto
2-12-2019, 15:24

Zakir Fərəcovun sıralanan ordenləri: onlar arasında bir ilkdir

Zakir Fərəcovun sıralanan ordenləri: onlar arasında bir ilkdir
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfər edib.

Bir sıra sosial obyektlərin açılışında iştirak edən İlham Əliyev şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxsləri də təltif edib.

Təltif edilənləra arasında Sumqayıt şəhər İcra Hakmiyyətinin Başçısı Zakir Fərəcov da var. Belə ki, o, Prezident İlham Əliyevin sərəncamı ilə  1-ci dərəcəli "Vətənə xidmətə görə " ordeni  ilə təltif edilib.

Xeberle.com bu ordenin verilmə meyarlarını araşdırıb.  "Vətənə xidmətə görə" ordeni  7 noyabr 2003-cü ildə təsis edilmiş Azərbaycan Respublikasının ordenidir. Orden Azərbaycan Respublikasının üç dərəcədə "Vətənə xidmətə görə" ordeni aşağıdakılara görə verilir:

- Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

- dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

- milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

"Vətənə xidmətə görə" ordeninin yüksək dərəcəsi birinci dərəcə sayılır. "Vətənə xidmətə görə" ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

"Vətənə xidmətə görə" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

İndiyədək I dərəcəli "Vətənə xidmətə görə" ordeni bir sıra diplomatlara və dövlət xadimlərinə verilib.

Araşdırmamıza görə, Zakir Fərəcov icra başçıları arasında 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilən ilk icra başçısıdır. 

O, buna qədər Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən "Şöhrət" ordeni  və Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixili Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bununla da 65 yaşlı Z. Fərəcov ordenlərinin sayını 3-ə çatdırıb. 

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR