www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet / Foto
2-12-2019, 18:20

Vilayət Eyvazov Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Vilayət Eyvazov Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Dekabrın 2-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Əmniyyət Genel Müdiri Mehmet Aktaşın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Qonaqları salamlayan nazir cənab Mehmet Aktaşı Emniyet Genel Müdiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, xidməti fəaliyyətində ona uğurlar arzulayıb.

 İki qardaş ölkə arasındakı münasibətlərin dərin tarixi kökə malik olduğunu məmnunluqla xatırladan general-polkovnik Vilayət Eyvazov müstəqilliyini əldə etdikdən sonra Azərbaycan-Türkiyə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, ulu öndər Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərini, onun «Bir millət, iki dövlət» siyasətinin Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ədoğan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Nazir dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin dünyada bir nümunə olduğunu, cənab Mehmet Aktaşın bu səfərinin də ölkələrimizin DİN-ləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə xidmət edəcəyinə əminliyini bildirib. 

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR