www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Nizaməddin Quliyevin rəzaləti böyüməkdədir (vodeo)
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Xəbərlər>Manşet
3-12-2019, 00:02

İlham Əliyevin hədəfi nədir: o, islahatlardan imtina edə bilərdimi?

İlham Əliyevin hədəfi nədir: o, islahatlardan imtina edə bilərdimi?

İslahatlar dönəmi həmişə dinamik və partlayış effektli olur və siyasi, ictimai qüvvələrə yırğalanmağa vaxt tanımır. Belə vəziyyət dəyişikliklər dövründə situasiyasını öləziməyə qoymamaq kimi böyük siyasətin tələblərinə uyğundur. Bəzən belə də olur ki, hərəkətlər sırf görüntü effekti naminə edilir, suvaq rolu oynayır və ona görə heç bir nəticə vermir. Bu qəbildən tərpənişlər qısa zamanda boşa çıxır.

Azərbaycan hakimiyyəti dövlət idarəçiliyində harmoniyanın mahiyyətini açmaqla hazırda rasionalizmin yeni nümunələrini təqdim edir. İnstitusional, idarəçilik və kadr paradiqmaları bir nöqtədə kəsişərək, böyük nəticəyə işləyir. Bu vəziyyətdə hər şey hərəkətə gəlir və işləməyə qabil qüvvələrdən prosesə qoşulmaq tələb edir.

Son günlər hakim Yeni Azərbaycan Partiyasının parlamenti buraxmaq təşəbbüsü məlum olan kimi ölkənin ictimai-siyasi mühitində qeyri-rəsmi debatlar dalğası qalxıb. Bu, normal şeydir. Gözləntilər prizmasındam proseslərin gedişini hesablamağa heç də hamının hövsələsi çatmır. Rəylər çevrəsi həddən ziyadə böyükdür.

Ancaq bütün fikir və dəyərləndirmələr heç də həmişə rasional məntiqə uyğun gəlmir. Burada siyasətin başqa bir qaydası işə düşür – fantaziya nə qədər böyükdürsə, bir o qədər ona tez inanırlar.

Siyasətçilər, ikinci cərgədən olan şərhçilər hadisələr zəncirinin inkişafını təxmin eləməyə cəhd göstərərək, ciddi şəkildə auditoriyaya təkcə öz bəsirətlərini yox, həm də məlumatlılıqlarını sırıyırlar. "İdrakın yuxusu möcüzələr yaradır” seriyasından bəsit fikirlər səsləndirərək, gələcək dəyişikliklərin inanılmaz konfiqurasiyalarını qururlar.



Bir qisim deyir ki, guya yeni parlament seçkiləri ilə paralel erkən prezident seçkiləri də keçiriləcək. Başqaları inandırmağa çalışırlar ki, dövlət başçısı hakimiyyətin transferini hədəf götürüb. Ən "məlumatlıları” isə bildirir ki, guya dövlət başçısı tərəfindən həyata keçirilən dəyişikliklər hakim partiya daxilindəki qeyri-sağlam atmosferlə bağlıdır və guya bununla İlham Əliyev xoşagəlməz tendensiyalara son qoyub.
Əlbəttə, heç kimə proqnoz verməyi yasaqlamaq olmaz. Ancaq yenə bu işlə divan şərhçiləri və ekstrasenslər yox, proseslərin həlledici elementlərini rasional şəkildə qiymətləndirən insanlar məşğul olmalıdır.

Aydındır ki, yeni trendlər liderin sosial liftlərin səyyar hərəkəti üçün fürsətlər və rasional meyllərdən maksimum faydalanmaq istəyindən qaynaqlanır. Vəziyyətə hərtərəfli baxış baş verəcəkləri hesablamağa imkan yaradır.

Müdriklər heç də boşuna deməyiblər ki, keçmişlə sünbüllənmək mənasız işdir, çünki köhnə təkrarlanmayacaq və indikindən maksimum yaxşını əxz eləməliyik. Doğrudur, onlar iddia edirlər ki, gələcəyə yönəlik baxışlar da guya praqmatik deyil, nədən ki, gələcək də qaranlıqla örtülüb. Bu tövsiyə ilə haradasa razılaşmaq olar, amma qismən.

Ancaq böyük siyasətin peşəkarları onlar hətta fikirləri ilə reallıqlarda olsalar da, özlərinin altıncı hissləri hesabına gələcəyə köklənirlər. Yaxınlaşan sürprizləri qabaqlamaq bacarığının olmaması siyasətçilərə daha çox əngəl yaradır. Çoxdan bəllidir ki, gələcəyə boylanmaq vərdişi güclü və ciddi siyasətçilərin nəsibidir. Bu yerdə belə bir sualın qoyuluşu məntiqli olar: madam heç bir sferada vəziyyət narahatlıq kəsb eləmir, İlham Əliyev islahatlardan imtina edə bilərdimi?



Əlbəttə, edə bilərdi. Və o zaman hər şey öz axarı ilə gedərdi – nəyə ki, əslində süst legion (hakim qrup - red.) alışmışdı. Ölkə elə ona görə onunla vidalaşdı ki, ona böyük hesabla heç bir dəyişiklik lazım deyildi. Onu sakit, ölçülü-biçili bölgü tam qane edirdi.

Hər şeylə maraqlanan ağıllı başlar həmişə zamanla əlaqə dalğasında olurlar. Bu, gələcəklə dialoq bacarığına malik təcrübəli idarəçilərə xasdır. Hamıya bu istedad verilməyib. Bu üzdən universal başısoyuqluq keyfiyyətinə malik olanlar yeniliyi süngü ucunda qarşılayırlar. Deyilənlər böyük ölçüdə radikal müxalifətə də aiddir, hansı ki, yeri gəlmişkən, artıq seçkiləri boykot taktikasından söz açıb.

Müxalifətin hərəkətsiz düşərgəsi böyük olmasa da, rəngarəngdir və onun sıralarında rəylər spektri olduqca genişdir. Seçki Məcəlləsinin bir çox müddəalarını dəyişməyin vacibliyi ilə bağlı bəzi fikirlər, proporsional sistemə qayıdışla bağlı tələbləri və s. qulaq deşir. Faydalı qarşılıqlı əlaqələr praktikasına uyğunlaşmamış radikallar həmişə seçicilər və ya partiyalılığı olmayan namizədlər üçün yox, müstəsna olaraq özləri üçün münbit şərtlər tələb ediblər. Onlar yenə öz ampluasındadırlar və öz mübarizələri üçün yumşaq və komfort fürsətlər istəyirlər.



Ancaq mübarizə daim ictimai-siyasi proseslərdə iştirak tələb edir, nəinki müstəsna olaraq seçki kampaniyaları öncəsi növbətçi özünügöstərmələr. Adamlara siyasətçilərin, ekspertlərin fikirlərinə qulaq asmaq keyfiyyəti xasdır. Ancaq bəzən bir çoxu unudur ki, seçicilər də öncəgörmə qabiliyyətinə, rasionalı irrasionaldan fərqləndirmək bacarığına malik olurlar. Həvəskar falçıların səsləndirdiklərinin çoxu məntiqi yanaşmanın məhsulu deyil. Belə qaba qayğıkeşlikdə hakimiyyəti ilişdirmək, onun yenilənməyə yönəlik addımlarına kölgə salmaq cəhdi sezilir.

<iframe width="835" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 835px; height: 200px;"></iframe>

Hərə öz yolunu seçir və öz seçiminə qulluq edir. Bütün hallarda ən yaxşısı, rasional yolla getmək və istifadəçiləri yüngül imepativlər və sərlövhələrlə yanıltmamaqdır. Bunlar səbəbsiz yerə qorxulu effekt yaratmaqla faydalı nəticəyə imkan vermir. "Hakimiyyətin transferi”, "institusionallaşma”, "parlamentin buraxılması” və s. təhqir deyil, riskləri və təhdidləri neytrallaşdırmalı olan təriflərdir.

Siyasi etiket qaydaları incəlik, takt və ən əsası, alternativlərə və dialoqa yer saxlamağı tələb edir. Ölkənin yeni fazaya mürəkkəb transferinə başçılıq edən Azərbaycan hakimiyyəti həmvətənlərini buna kökləyir. Bu da alternativ axtarmağın mənası olmayan istiqamət.

tofiq abbasov: ile ilgili görsel sonucu


Tofiq Abbasov,

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
Parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib
Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib
Bakıda 12 milyon manatlıq dələduzluq edən iş adamı Ali Məhkəməyə müraciət edib
ABŞ-da yaşayan azərbaycanlı aparıcıdan
ABŞ-da yaşayan azərbaycanlı aparıcıdan
“Torqovı”da insanlara hücum edənlər haqqında təfərrüat – FOTO
“Torqovı”da insanlara hücum edənlər haqqında təfərrüat – FOTO
Eks-nazir gəlini yenidən şou-biznesə qayıdır
Eks-nazir gəlini yenidən şou-biznesə qayıdır
Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb
Azərbaycanda növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların sayı 9-a çatıb
Qəza törədən avtomobil qaz xəttini zədələyib
Qəza törədən avtomobil qaz xəttini zədələyib
Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Qardaşı arvadını boğaraq qətlə yetirən şəxsin məhkəməsi başlayıb
Türkiyədə yük qatarı avtomobillə toqquşub, 3 nəfər ölüb
Türkiyədə yük qatarı avtomobillə toqquşub, 3 nəfər ölüb