www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Tərtər icra başçısı qaynanasının adına olan torpaqları satışa çıxardı – İddia
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Saleh Məmmədovla Şükür Aslanovun restoran biznesi – Mingəçevir – Bəhrəmtəpə yolunda möhtəşəm “Qonaq Evi”
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Füzulidə baş həkim və müavinlərinin bahalı avtomobil kolleksiyası – FOTOLAR
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Qanlı Bazarın Qurbanı - Jurnalist Xaçmazdakı ŞOK GİZLİNLƏRDƏN YAZDI(FOTOLAR)
Xəbərlər>Manşet / Foto
3-12-2019, 21:36

Əli Həsənov hansı media qurumlarına dəstək verirdi? - SİYAHI

Əli Həsənov hansı media qurumlarına dəstək verirdi? - SİYAHI
Noyabrın 29-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edildi. Bu dəyişiklik ölkə rəhbərinin son aylar apardığı islahatların bir hissəsi olmaqla yanaşı, həm də bəzi məmurlardan narazı qalmasını səciyyələndirir.

Vəzifəsini itirənlərin bəziləri mükafatlandırıldı, bəzilərinə isə sadəcə "yaxşı yol"deyildi. Əli Həsənov məhz "yaxşı yol"deyilənlər arasında oldu.

Əli Həsənovun fəaliyyəti günlərdir mətbuatın müzakirə mövzusudur və onun səlahiyyətindən irəli gərələrək milyonlar qazanması, böyük biznes şəbəkəsinə malik olması barədə demək olar ki, əksər mətbuat yazır.

Daha bir məqam isə uzun illər əlindəki imkanlardan yararlanaraq mətbuat sahəsini monopoliyada saxlamasıdır ki, bundan sonra nə baş verəcək kimi suallar hələ də açıq qalır. Əlində böyük media ordusu saxlayan Əli Həsənovun media qurumları və adamları kimlərdir? Bundan sonra onların fəaliyyəti necə olacaq? Onlar Əli Həsənovun maliyyə dəstəyi ilə hansı tapşırıqları alıblar? Əli Həsənov bu saytlardan və rəhbərlərindən hansı formada istifadə edib?

Ondan başlayaq ki, bütün böyük media qurumlarına Əli Həsənovun bu və ya diğər formada diqtəsi olub.

Siyahı üzrə Əli Həsənova bağlı olan media qurumlarını təqdim edirik.

APA Holdinq" - rəhbəri Vüsalə Mahirqızı

"Lent.az" İnformasiya Agentliyi MMC
"Vesti.az" İnformasiya Agentliyi MMC
"APASport.az" İnformasiya Agentliyi MMC"APA ADVERTİSEMENT PR" MMC
"APA SERVİS" MMC

"Teleqraf Holdinq" - Aynur Camalqızı (keçmiş Müsavatçı)

"Teleqraf" qəzeti
Publika.az
Axar.az
Kaspi.az - Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva
Kaspiy.az

Qafqazinfo.az - Elbruz Ərud - Bir başa Əli Həsənovun diqtəsi ilə işləyən sayt. Hər ay 20 min manat maliyyə aldığı bildirilir

Sfera.az - Emil və Ozal Məmmədov qardaşları - hər ay 3000 manat

"Bakıxeber"qəzeti - Aydın Quliyev
Bakıxeber.az

Azxeber.com - Hacıbey Heyderli (Əli Həsənov bu gəncə heç bir fəaliyyəti olmadan mənzil hədiyyə edib. Heç bir ciddi yazı ilə yadda qalmayıb - hər ay 3000 manat)

"Unikal" qəzeti - Asəf Rzayev - (Mətbuat Şurası bu qəzeti "reket" elan etsə də qısa müddətdə Əli Həsənovun kurasıyasına götürülüb - hər ay 5000 manat)

Editor.az - Fərid Şahbazlı - Yalan məlumatların yayılmasında ciddi şəkildə istifadə olunub

Xalq.az - Zaur Mirzə-Zadə (Jurnalstika sahəsindən ümumiyyətlə xəbəri yoxdur. Sabiq millət vəkili Gülər Əhmədovanın ən yaxın adamlarından biri olub)

Olaylar qəzeti - Yunuz Oğuz
Olaylar.az - İllərdir Əli Həsənovun xas adamı kimi tanınır. Hətta qohum olduqları deyilir.
Vətəninfo.az - Nahid Canbaxışlı - Heç bir ali təhsilə malik deyil. "Trol" olaraq istifadə olunub

Yeniçağ.az - Ağil Ələsgər - Əli Həsənov tərəfindən ciddi siyasi xətt və maliyyə dəstəyi alıb. Əli Həsənova Türkiyədəki biznesinə və əlaqələrinə müəyyən dəstəklər verdiyi bildirilir.

Ölkə.az - Məmməd Gülməmmədov - Əli Həsənovun dəstəyi ilə fəliyyətə başlayıb. Qısa müddətdə mənzilə sahiblənib. Hazırda jurnalistlər arasında yalan informasiyaların yayılması ilə ciddi formada məşğuldur.

7news.az - Səbuhi Mübarizoğlu

Azadinform.az - Niyaz Niftiyev - Əli Həsənovun bir başa tapşırıqlarını həyata keçirib. Həsənovun Mətbuat Şurasındakı sağ əli kimi tanınıb. Böyük məbləğli media layihələrini mənimsəyib.

"Səs" qəzeti - Bəhruz Quliyev - Həsənovun ən xas adamı.

Yenisabah.az - Elnur Məmmədli - Son aylarda yaradılıb. Qafqazinfo.az saytının maliyyə dəstəyi ilə fəaliyyət göstərdiyi bildirilir.

Metbuat.az - Ramil Mirzəyev - Sona Vəliyevanın nəzarətində olan ciddi şəkildə diqqətdə saxladığı saytdır

Modern.az - Elşad Eyvaşlı - Əli Həsənovun tapşırığı ilə əksər millət vəkillərinin maliyyə dəstək verdiyi sayt. Həsənovun Mətbuat Şurasındakı və Parlamentdəki adamı sayılırdı.

Aznews.az - Taleh Şahsuvarlı - Əli Həsənovun bir nömrəli mətbuat trolu...

Cebhe.info - Rəfael Becanov
"Cümhuriyyət" qəzeti

Aktual.az - Anar Yusifoğlu

interpress.az - Toğrul Allahverdili - Əli Həsənovun bir nömrəli savadsız mətbuat trolu...

Məlumat üçün bildirək ki, bu hələ tam siyahı deyil. Araşdırmalarımız davam edir...


Faktaz.comскачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR