www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
Xəbərlər>Manşet / Bölgə
11-01-2020, 11:25

Ağdam rayon 122 nömrəli tam orta məktəb üçün quraşdırılan modul tipli bina istifadəyə verilib

Ağdam rayon 122 nömrəli tam orta məktəb üçün quraşdırılan modul tipli bina istifadəyə verilib

Ağdam rayon 122 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova, Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov müəllim, şagird və valideynləri binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.

Bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 96 şagird yerlik məktəb 11 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Məktəb avadanlıq və inventarla təmin edilib.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Binəqədidə icra başçısının göstərişi ilə Qarabağ qazisinin evi uçuruldu – VİDEO
Hacıqabulda şok əməliyyat:
Hacıqabulda şok əməliyyat: "Qoca"nın qardaşı həbs edildi - Foto
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
ABŞ konqresmenləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Fəzail Ağamalı Kürsəngi kəndində şəhid ailələri və kənd ağsaqqalları ilə görüşüb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər
60-ın “Sonuncu FƏSİL”İ...
60-ın “Sonuncu FƏSİL”İ...
Mehriban Əliyeva:
Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
20 Yanvar faciəsindən 30 il ötür - Fotolar
Millətin dəyəri onun şərəfli övladıdır
Millətin dəyəri onun şərəfli övladıdır
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb
Prezident sığorta sahəsində maarifləndirmə işlərinin aparılmasını tapşırıb