www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Sabiq icra başçısı Novxanıda dəyəri milyonla ölçülən “obyekt” tikdirdi – FOTO
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
Bərdə Rayon Doğum Evində Yenə Körpə Ölümü…1 AYDA 5 KÖRPƏ ÖLÜMÜ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
İsayevi Əhmədov əvəz edəcək-BƏRDƏDƏ
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Zərdab Rayon İcra Başçısı Lütvəli Babayevdən və Məhkəmə sədri Tahir Qubadovdan Prezidentə şikayət. (video)
Xəbərlər>Manşet / ÖLKƏ
5-04-2019, 09:39

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhid ailəsinə zəng edərək hədələyib: "Məhkəməyə verəcəyik"

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova şəhid ailəsinə zəng edərək hədələyib:
Masallı rayon İcra Hakmiyyəti şəhid anasını məhkəməyə verir.

Azerbaycanrealligi.com
 xəbər verir ki, Unikal.org-a müraciət edən aprel döyüşlərində şəhid olan Nurlan Əsgərlinin anası Ziba Əsgərova bildirir ki, həmin müsahibəsi ölkə mətbuatında yayımlanandan sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ona zəng edərək, şəhid ailəsini hədələyib:

"Dünən başçının müavini zəng etdi. Qışqıra-qışqıra mənə dedi ki, saytı da sizi də məhkəməyə verəcəyik. Mən də dedim ki,  əlimdə fakt var ki, keçən il oğlumun ildönümündə müğənni Damla Masallı rayonunda ASAN Xidmətin yaxınlığında konsert verdi. Mən özüm də Damlanın sosial şəbəkədəki paylaşımına da yazmışam ki, "bir tərəfdə aprel şəhidinin ildönümüdür, bir tərəfdə də siz konsert verirsiniz, şəhid anasının ahı tutsun sizi”. Bunu Damlanın səhifəsində də görə bilərsiniz.

Həmin zəng olunanda yanımda başqa şəhid anası da var idi. O da Aybəniz Qafarovanın kobud danışığını eşitdi. Qaldırdığımız problemlər qalıb kənarda, məni ittiham edib, hədələyirlər”.

Daha sonra digər aprel şəhidi Rəşid Baxşəliyevin anası Çimnaz Baxşəliyeva da Unikal.org-a sözügedən məsələ ilə bağlı açıqlama verərək Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarovanın Ziba Əsgərovaya zəng edib, təhdid etdiyini təsdiqləyib.

Azerbaycanrealligi.com скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR