www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto Video
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi

Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...

Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)

İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?

Xəbərlər>Manşet / ÖLKƏ
21-08-2019, 18:29

Vilayət Eyvazov: “Beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya diqqət mərkəzindədir”

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Avstriyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlini qəbul edib.

Nazirliyin Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, V.Eyvazov Azərbaycanla Avstriya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini məmnunluqla diqqətə çatdıraraq iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin də mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini bildirib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in Azərbaycanın anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu xatırladan nazir polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd edib.

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş "Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

O, problemlərdən danışarkən toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.

Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Ölkələr arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Beyləqanda Anar Vəliyevin “xanım jurnalistlərə” “Cənnət Bağı” nda verdiyi ziyafətin “Cəhənnəm” əzabı …
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Anar və Süleyman İsmayılovun dosyesi - keçmiş məmurun və atasının müəmmalı biznesi
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ:
Rəşid Mahmudovdan gənclərə ÇAĞIRIŞ: "Qızlarımızı gəzib buraxmayın!" - VİDEO
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Asif Ağayev Şamaxını elə günə qoyub ki... - Təzə başçı hələ də çaba sərf edir...
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
Əhməd Əhmədzadənin Samur Abşeron Su Kanalı Ceyranbatan Su Anbarına yoluxucu xəstəlik daşıyır (foto)
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
İmişlidə Azərbaycan bayrağına hörmətsizlik-Rayon rəhbərliyi hara baxır?
Dəhşətli cinayət – Ər ondan boşanan qadının boğazını kəsdi – (VİDEO 22+)

ETSN əhaliyə müraciət edib: Meşələrimiz hər birimizin evidir, xahiş edirik, onu yanğından qoruyun

Bakıda klinikadan çıxan şəxs itkin düşüb

Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə çağırış edib